Modern.az

Millət vəkili: “Tarixi araşdırma qrupu yaradılsın…”

Millət vəkili: “Tarixi araşdırma qrupu yaradılsın…”

9 Oktyabr 2010, 17:43

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının qərargahında Beynəlxalq Diaspor Mərkəzinin (BDM), Milli Qeyri-Hökumət Təşkilatları Forumunun və Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə "Ermənistandan (Qərbi Azərbaycandan) qovulmuş azərbaycanlı qaçqınların hüquqlarının beynəlxalq müstəvidə qorunması" mövzusunda geniş konfrans keçirilib.

BDM Məşvərət Məclisinin sədri, millət vəkili Gülər Əhmədova Azərbaycanda baş verən bütün siyasi proseslərdə Prezident İlham Əliyevin rolunun çox önəmli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Prezident Naxçıvan Muxtar Respublikasına son səfərində də Qərbi Azərbaycan torpaqları haqqında fikirlər səsləndirib: "Cənab Prezidentin çıxışlarında Dağlıq Qarabağda baş verən hadisələrlə paralel olaraq Qərbi Azərbaycan torpaqları ilə bağlı da çıxışlar səslənirsə, mən təklif edirəm ki, biz bu müraciətin bir qədər dəyişdirilmiş formasını cənab Prezidentə də ünvanlayaq. Çünki BDM həm vəsait baxımından, həm insan resursları baxımından kifayət qədər iş görür. Amma mən bu işin içində olan adam kimi bilirəm ki, ümumiyyətlə, bu, kifayət deyil. Buradakı nə vəsait, nə də insan resursları o qədər çox deyil ki, bu böyüklükdə və bu miqyasda olan işin öhdəsindən sonadək və çox yüksək səviyyədə gəlsinlər.
Ermənilər bütün bu işlərə çox hazırlıqlı və təşkilatlanmış şəkildə gedir. Bu baxımdan qəti əminəm ki, bu işi yalnız bir təşkilatın imkanları daxilində görmək, erməni ideoloji maşınına qarşı çıxmaq çətin olacaq".

Millət vəkili tədbirdə iştirak edən professor Həsən Mirzə, akademik Budaq Budaqov kimi alimlərin kitablarında Qərbi Azərbaycanı qarış-qarış göstərən insanların potensialından istifadə edilməsinin vacibliyini vurğulayıb: "Biz bu insanların potensialından maksimum şəkildə istifadə etməyə çalışmalıyıq. Çünki illər ötür, Qərbi Azərbaycanda doğulmayan nəsil yetişir, böyüyür və bu insanların beynində həmin torpaqlarla bağlı demək olar ki, heç nə yoxdur. Bu baxımdan hər zaman bu barədə düşünməliyik. Eyni zamanda, bayaq qeyd etdiyim faktorlarla bağlı kifayət qədər addımlar atmalıyıq".

Gülər Əhmədova deyib ki, qaçqınların Avropa Məhkəməsində hüquqlarının müdafiəsini yüksək səviyyədə təşkil etmək üçün hansısa bir qurumun nəzdində hüquqi işlərə baxan departament yaradılmalıdır.
Toplantıda BMT-yə, Avropa İttifaqına, AŞ PA-ya və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ünvanlanıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü