Modern.az

Baş kulinar halal restoranların açılmasını dəstəklədi: “Çoxdan ehtiyac var”

Baş kulinar halal restoranların açılmasını dəstəklədi: “Çoxdan ehtiyac var”

13 İyul 2015, 13:57

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin açıqlamasına görə, Azərbaycanda halal restoranlar yaradıla bilər. Azərbaycanda halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələblər artıq müəyyənləşdirilib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov komitənin bu qərarını dəstəkləyib.

O, Modern.az-a bildirib ki, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi özünün halal standartlarını ərzaq məhsullarına çox gözəl tətbiq edir: “Halal restoranların da açılması əla təşəbbüsdür”.

Baş kulinar qeyd edib ki, ölkədə belə restoranların yaradılmasına çoxdan ehtiyac var: “Xaricdən gələn, eyni zamanda ölkə daxilində yaşayan, ayrı-ayrı ölkələrin səfirliklərinin işçiləri olan müsəlmanların rahat bir şəkildə oturub-durduğu, yeyib-içdiyi restoranın olmağı təqdirəlayiqdir və lazımlıdır”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI