Modern.az

Rusiyalı milyoner Şuşada mətbuat konfransı keçirir: “Yalandır”

Rusiyalı milyoner Şuşada mətbuat konfransı keçirir: “Yalandır”

13 İyul 2015, 14:27


Ailəsi ilə birgə Rusiyadan Azərbaycanın işğal altındakı  Dağlıq Qarabağ bölgəsinə qaçan biznesmen German Sterliqov Şuşada mətbuat konfransı keçirir.

Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, Sterliqov rus millətçilərinin bandası BORN-un rəhbəri olması haqqında iddialara münasibət bildirib.  

O qeyd edib ki, bu tam əsassız və yalan iddialardır. “Bu iddiaları 5 il əvvəl məhkum edilmiş və bir-birlərindən minlərlə kilometr uzaqda saxlanılan insanlar ortaya atmağa başlayıblar. Onlar məni anidən yada saldılar. Mən bu adamları tanımıram.

Ümumiyyətlə, BORN-un nə demək olduğunu bir neçə həftə bundan qabaq oğlumdan öyrənmişəm.  Sən demə, BORN rus millətçilərinin təşkilatıdır”.  

German Sterliqov Aazərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir