Modern.az

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət etdi

13 İyul 2015, 14:25


Modern.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdəki təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlik bəyan edib ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz aşağıdakı təhlükəsizlik qaydalarını bilməliyik.

Çimərlikdə qadağandır:

  • nəzərdə tutulmamış ərazilərdə çimmək;
  • çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
  • küləkli havada dənizə girmək;
  • çimərlikdə gecələmək,
  • sərxoş halda çimərlikdə olmaq;
  • suda kobud hərəkətlər etmək;
  • çimərlikdə balıq tutmaq;
  • xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

  • Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! 
  • Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
  • Çimərliklərdə istirahət saat 900-dan 2100-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?