Modern.az

Azərbaycan Kommnunist Partiyasının parlament seçkiləri ilə bağlı MÖVQEYİ

Azərbaycan Kommnunist Partiyasının parlament seçkiləri ilə bağlı MÖVQEYİ

Təhsil

13 İyul 2015, 14:45

 

“Qarşıdan gələn parlament seçkilərinə çox ciddi hazırlaşırıq və bu seçkilərdə iştirak edəcəyik” Bunu Modern.az saytına Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.

O bildirib ki, hazırda AKP yerli rayon və şəhər komitələrinə parlament seçkilərində iştirakla bağlı tapşırıq verilib və yerlərdə konfranslar keçirilir.

"Konfranslarda  partiyanın növbəti qurultayına nümayəndələr seçilir. Mərkəzi Komitənin qərarına uyğun olaraq sentyabr ayının 1-nə kimi yerlərdə konfranslar öz işini yekunlaşdırmalı və qurultaya seçilən nümayəndələrin siyahısı  Mərkəzi Komitəyə təqdim olunmalıdır”.  

Rauf Qurbanovun sözlərinə görə qurultayın keçirilməsi isə sentyabr ayının ortalarına kimi  nəzərdə tutulur.

“Nəticədə, Azərbaycan Kommunist Partiyasından seçkilərdə iştirak edəcək şəxslərin siyahısı təsdiq olunacaq. Seçki Məcəlləsinin qaydalarına uyğun olaraq,  partiya  nümayəndələri hansı dairələrdən namizədliyini irəli  sürəcəklərsə, qurultayın ümumi qərarı ilə təsdiq olunacaq  

Mən də partiya sədri kimi qurultayın qərarına tabe olacağam. Deputatlığa namizədliyim  hansı dairədən məsləhət bilinərsə,  birmənalı şəkildə ordan irəli sürəcəyəm”.  

Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri bu lin noyabr ayında keçiriləcək.  

Leyla Əfqan

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır