Modern.az

Rezidentura imtahanlarında dəyişiklik edilir - XƏBƏRDARLIQ

Rezidentura imtahanlarında dəyişiklik edilir - XƏBƏRDARLIQ

Təhsil

13 İyul 2015, 17:01

2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanın baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənlərinin “Patologiya” adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına “Histologiya” fənninin əlavə edilməsi planlaşdırılır.

Bununla yanaşı, tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına “İnsan anatomiyası” və “Patologiya” fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə “İnsan anatomiyası”, “Patologiya” və “Farmakologiya” fənlərinin daxil edilməsi də nəzərdə tutulur. Dəyişikliklər nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə verilir.

Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr)

Rezidenturaya qəbul üçün imtahan fənləri

Baza fənləri

İxtisas fənləri

1

2

3

 

I. Müalicə işi,
Pediatriya

İnsan anatomiyası
İnsan fiziologiyası
Histologiya
Patologiya
Mikrobiologiya
Farmakologiya
Biokimya

Daxili xəstəliklər
(kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya)
Cərrahlıq
(ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı)
Mamalıq və ginekologiya
Uşaq xəstəlikləri
(uşaq xəstəliklərinin propedevtikası, neonatologiya)

II. Stomatologiya

 

İnsan anatomiyası
İnsan fiziologiyası
Histologiya
Patologiya
Mikrobiologiya
Farmakologiya
Biokimya

Terapevtik stomatologiya 
Ortopedik stomatologiya 
Üz-çənə cərrahiyyəsi
Uşaq stomatologiyası

III. Tibbi-biologiya

 

İnsan anatomiyası
İnsan fiziologiyası
Histologiya
Patologiya
Mikrobiologiya
Biokimya

Klinik biokimya
Genetika

IV. Tibbi-profilaktika

İnsan anatomiyası
İnsan fiziologiyası
Histologiya
Patologiya
Mikrobiologiya
Farmakologiya
Biokimya

Yoluxucu xəstəliklər
Gigiyena
(ümumi, kommunal, qidalanma, əmək)Epidemiologiya 

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, rezidenturada dövlət sifarişi əsasında təhsil almış şəxslər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində 3 il müddətində əmək fəaliyyətini davam etdirməlidirlər. Bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında nazirlikdə təsdiq olunmuş “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanılır. 

TQDK eyni zamanda rezidenturaya sənəd verəcək şəxslərə seçəcəyi ixtisaslarla bağlı xəbərdarlıq edib.

“Rezidentura” jurnalının 2015-ci il 3-cü sayında da ətraflı məlumat vermişdik ki, namizədlər qəbul olduqları ixtisas üzrə rezidenturada tədris prosesi başladıqdan sonra bu ixtisasın onların arzu və istəklərinə uyğun gəlmədiyini başa düşür və rezidenturadan xaric olaraq, yenidən imtahan verib başqa ixtisasa qəbul olmaq  qərarına gəlirlər. Namizədlərin ailə vəziyyəti və az da olsa digər ölkələrdə keçirilən müvafiq imtahanlarda uğur qazanması ilə əlaqədar təhsil almaqdan imtina etməsi halları da məlumdur. Bütün bunları nəzərə alaraq namizədlərə ixtisas seçimindən əvvəl mütəxəssis olmaq istədikləri sahə, eləcə də baza tibb müəssisəsinin texniki və kadr potensialını araşdırmağı üzrə araşdırma aparmağı, təhsil almaq istədikləri ixtisas üzrə təhsil proqramı ilə (www.health.gov.az) tanış olmağı, seçəcəkləri ixtisasın onların tələblərinə cavab verib-vermədiyini müəyyən etməyi tövsiyə edirik. 
Əziz namizədlər!
Baxmayaraq ki, Sizə istiqamətlər üzrə bütün ixtisasları (məs. Müalicə işi, Pediatriya istiqaməti üzrə 65 ixtisas) seçmək imkanı verilir, Siz öz arzu və istəklərinizə uyğun olan ixtisasları seçin ki, sonradan imtina etmək zərurəti ilə qarşılaşmayasınız. Nəzərə alın ki, Sizin qəbul olunduğunuz, lakin arzunuza uyğun olmayan ixtisasdan sonradan imtina etməyiniz, başqa bir namizədin arzusuna çatmaması, eyni zamanda plan yerinin boş qalması və dövlət büdcəsindən ayrılan maliyə vəsaitinin səmərəsiz xərclənməsi ilə nəticələnir”.  

Qeyd edək ki, rezidentura səviyyəsində təhsil  proqramı «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanıb. 

Səhiyyə Nazirliyi tərəfindən klinik baza kimi müəyyən edilmiş elm, təhsil və tibb müəssisələri, habelə aparıcı klinikalar təhsil proqramının tələblərinə uyğun olaraq rezident hazırlığını həyata keçirməyə, xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin etməyə imkan verən yüksək səviyyəli maddi-texniki bazaya və elmi-pedaqoji kadr potensialına malikdir. İstənilən ixtisas üzrə həkim-mütəxəssis hazırlığı nəzəri təlim, ixtisas və ixtisaslaşma fənləri üzrə mühazirə, məşğələ, seminar, məsləhət, eləcə də kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və s. formalarda həyata keçirilir. 

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı