Modern.az

Prezidentdən AZAL-a sərt TƏNQİD

Prezidentdən AZAL-a sərt TƏNQİD

İqtisadiyyat

13 İyul 2015, 17:40



İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Modern.az verir ki, iclasda çıxış edən dövlət başçısı bir sıra məsələlərə münasibət bildirib.

Ölkə başçısı hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin cərəyan etdiyini xatırladaraq, Azərbaycanın inkişaf yolu ilə irəlilədiyini bildirib.

Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır.

İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.

İ.Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?