Modern.az

Qarabağa köçən rus milyoner bilet alıb geri qayıdır

Qarabağa köçən rus milyoner bilet alıb geri qayıdır

13 İyul 2015, 18:24


Rusiyanın ilk milyonerlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, Dağlıq Qarabağa köçən məşhur fermer German Sterliqov bu həftə Rusiyaya qayıdacaq.

Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, bu barədə onun özü bu gün Azərbaycanın işğal altında olan Şuşa şəhərində keçirdiyi mətbuat konfransında deyib. 

O, iyul ayının 16-da Rusiyaya olan birtərəfli biletini də nümayiş etdirib: "Mən ədalətdən qaçmıram. Erməni dostlarımı cinayətkarı gizlətmək kimi sorğu-sualdan xilas etmək üçün gedirəm. Mən gedirəm, əgər lazım olsa məni həbs edəcəklər, bu olmasa Qarabağa qayıdacağam və burada kənd təsərrüfatı sahəsində işimi davam etdirəcəm, müalicə mərkəzi, moda evi açacağıq". 

Rus milyoner ekstremist BORN təşkilatını (Rusiya millətçilərinin döyüş təşkilatı) maliyyələşdirməsi barədə iddialara da cavab verib. O, qətldə ittiham edilənlərlə hər hansı əlaqəsinin olmasını təkzib edib: "BORN-la əlaqəm, öz ərazimdə onlara məşq keçmək imkanı yaratmağım haqqında deyilənlər yalandır. Mənim dünyagörüşümlə tanış olmayan insanlar ancaq millətçilərlə əlaqəm olmasına inana bilərdi". 

Sterliqovun sözlərinə görə, onu izləyiblər. Bunun sifarişçisi isə Amerika xüsusi xidmət orqanları olub. Milyoner deyir ki, Rusiyada hakimiyyəti devirməyə arzu edən qərb оnu əsas maneə kimi görür. O, əmindir ki, tarixi kitablar buraxmaqla və dövlətçilik işləri ilə Amerikanın çevriliş cəhdinə mane ola bilir. 

Milyoner Azərbaycanın işğal altında olan torpaqlarında dünyada ilk ekoloji ofşor zona (vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır) yaradılmasını təklif edib. Bunun üçün isə tarixi torpaqlarımızda plastik butulka və sellofan satışını qadağan etməyi, kimya səneysini tamamilə təbii üsullarla əvəz etməyi təklif edib: "Artıq Qarabağdan Rusiyaya ərzaq məhsullarının çatdırılmasının artırılmasını, Rusiya-Qarabağ ticarət evi yaradılmasını təklif edirəm". 

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etdiyi üçün milyoner Azərbaycanın "qara siyahısına" salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir