Modern.az

“Həsən bəy Zərdabi” mükafatı kimlərə verildi - SİYAHI

“Həsən bəy Zərdabi” mükafatı kimlərə verildi - SİYAHI

16 İyul 2015, 14:56


İyulun 21-də “Xalq Qəzetinin” konfrans zalında Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı “Həsən bəy Zərdabi” mükafatı veriləcək.

Bunu Modern.az saytına Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

Azərbaycan Jurnalistlər Biriyinin katibliyi mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2015-ci il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edib.

Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə;
Rövşanə Asəfqızı (ANS TV) “Bazar səhəri” proqramına;
Mənzərə Sadıqova (publisist) “YaşaM” fəlsəfi - publisistik kitabına;
Əli Nəcəfxanlı (“Xalq qəzeti”) regionların sosial – iqtisadi inkişafına həsr edilən yazılarına;
Rafiq Hacıyev (AJB üzvü) hüquq - ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə;
Məhsim Məhsimov (Region TV Xaçmaz) bölgə televiziyasının inkişafına verdiyi dəstəyə;
Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyi) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına;
Vüsalə Məmmədova (Lent.az) publisistik;
Sevda Sultanova (Kulis.az) isə mədəniyyət sahəsində yazılarına görə H.B. Zərdabi mükafatı ilə təltif ediliblər.

Mükafatçılar sırasında həmçinin, tarixi mövzularda jurnalist təhqiqatları ilə tanınan Aida Eyvazlı (Kulturaplus.az);
region mətbuatının inkişafında fəallığı ilə seçilən “Mingəçevir işıqları” qəzetinin əməkdaşı Yeganə Nəbiyeva;
uşaq mətbuatının inkişafında xidmətləri olan “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova;
“Azadlıq” qəzetinin köşə yazarı Səadət Cahangir;
operativ reportajları maraqla izlənilən “Turan” İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu və ölkənin ictimai – siyasi həyatından bəhs edən yazılarına görə “Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli də var.

SEVİNC YASİNQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu