Modern.az

Ramazan bayramı namazının vaxtı elan olundu

Ramazan bayramı namazının vaxtı elan olundu

16 İyul 2015, 14:59


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyan edib ki, Ramazan bayramının namazı  iyul ayının 18-də qılınacaq.
Modern.az saytı QMİ-yə istinadən xəbər verir ki,  bayram namazı həmin gün Təzə Pir məscidində səhər saat 10-00-da, Əjdərbəy məscidində səhər saat 9-00-da qılınacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən iyulun 17-i və 18-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Bayram günü -  18 iyul tarixi şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilib və 20 iyul qeyri-iş günüdür.

Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si  qeyri-iş günü olacaq.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu