Modern.az

I və IV qrupların imtahan nəticələri açıqlandı - 9 nəfər 700 BAL topladı

I və IV qrupların imtahan nəticələri açıqlandı - 9 nəfər 700 BAL topladı

16 İyul 2015, 16:24

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan Modern.az saytına verilən məlumata görə, imtahan nəticələrinə əsasən 9 nəfər 700 bal toplayıb.

Bunlardan I qrupda 7 nəfər, IV qrupda 2 nəfər 700 bal toplayıb.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25323 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

İxtisas seçimi qəbul imtahanları  başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.


Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir