Modern.az

Yayım Şurasından İTV-yə təşəkkür

Yayım Şurasından  İTV-yə təşəkkür

Təhsil

16 İyul 2015, 15:15


Yayım Şurasının sonuncu iclasında Avropa Oyunlarının işıqlandırılması ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti müzakirə edilib.

YŞ üzvləri İTV kollektivini Avropa Oyunları zamanı nümayiş etdirdiyi peşəkarlığı, yaradıcı yanaşmanı və çevikliyi yüksək qiymətləndiriblər. Bu barədə Modern.az-a İTV-dən məlumat verilib.  

“Onların fikrincə, telekanal ictimai yayımçı olaraq Avropa Oyunlarının mahiyyətinin seyrçilərə doğru və dürüst çatdırılması vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bu möhtəşəm tədbirin hər günündən dolğun məlumatlar çatdıran icmallar, milli atletlərimizi dəstəkləyən tok-şoular, “Carçı”, “Yeni gün”, “Ortaq məxrəc”, “Müzakirə vaxtı”, “Aktual mövzu”, “Media və zaman”, “Vətənin səsi” kimi proqram və verilişlər buna sübutdur”deyə bildirilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu