Modern.az

700 bal toplayan abituriyentlər: ”Bəlkə xaricdə oxumağa getdik” - AÇIQLAMALAR

700 bal toplayan abituriyentlər: ”Bəlkə xaricdə oxumağa getdik” - AÇIQLAMALAR

16 İyul 2015, 17:55


Modern.az
saytı I və IV ixtisas qrupları üzrə 700 bal toplayan digər abituriyentləri təqdim edir.

I qrup üzrə 700 bal toplayan digər abituriyent Arzu Həsənli Bərdə şəhərindəki Z.Əliyeva adına məktəb-liseyi əla qiymətlərlə bitirib.
“Buraxılış imtahanından da “5” almışam. Kimya olimpiadasında iştirak etmişəm, iki il isə repetirot yanına hazırlığa getmişəm. Özümə əmin idim ki, yüksək bal toplayacam. Çünki son sınaqlarda balım 670 olub. Sənədlərimi Ali Neft Məktəbinə verəcəm, amma ola bilsin ki, xaricdə oxumağa da getdim”.

***

700 bal toplayan digər abituriyent Nurlan Məcidov IV ixtisas qrupu üzrə “Zəka” kurslarında iki il hazırlaşıb. İlk 4 ilini Bakı şəhər 102 nömrəli məktəbdə, 5-8-ci sinifləri BDU-nun nəzdindəki “Dəyanət liseyi”ndə, 9-11-ci sinifləri isə “Anadolu liseyi”ndə oxuyub. “LG bilik akademiyası”nda da iştirak edən Nurlan ilin 3-sü olub. Dördüncü sinifdə oxuyarkən isə Bakı üzrə “İlin şagirdi” seçilib.

“Sınaqlardan 670-680 bal toplamışam və əmin idim ki, imtahandan yüksək nəticə göstərəcəm. Oxuyacağım yeri tam dəqiqləşdirməmişəm. Çünki Türkiyədə təhsil almaq istəyirəm. Alınmasa, Azərbaycan Tibb Universitetində oxuyacam”.

***

İsa Məmmədli
I qrup üzrə 700 bal toplayıb. İsa Səbail Rayonun 163 saylı orta məktəbini bitirib. 11 il həmin məktəbdə oxuyub və yalnız son iki ildə repetitor yanına hazırlığa gedib.

“Birinci sınaqda 580 topladım. Sonrakı sınaqlarda isə 618, 628, 643 bal topladım. Eyni zamanda məktəbdə bütün qiymətlərim “5” olub.  Amma olimpiadada iştirak etmədiyim üçün qızıl medala namizəd deyiləm”.
Uşaqlıqdan kompüter mühəndisliyi ilə maraqlandığını deyən İsa Məmmədli bildirib ki, ixtisas seçimi Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsi olacaq.

Aytən ZƏHRA
Sevinc YASİNQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir