Modern.az

Bu kənd əhalisinin yuxudan və seksdən asılılığının dəhşətli SƏBƏBİ

Bu kənd əhalisinin yuxudan və seksdən asılılığının dəhşətli SƏBƏBİ

16 İyul 2015, 21:23

Qazaxıstanın Rusiya ilə sərhəddə yerləşən Kalaçi kəndində yaşayan sakinlər uzun müddətdir ki, yatmaq xəstəliyinə tutulub.

Kənd əhalisi son iç ildə günlərcə yatmaqlarına baxmayaraq yenə də yarıyuxulu olurdular   Bununla paralel olaraq onlarda aşırı dərəcədə cinsi tələbat yaranırdı. Elm adamları Kalaçi kəndindəki bu vəziyyətin səbəblərini bilmirdilər.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2012-ci ildə başlayan elmi araşdırmalardan sonra bu xəstəliyin sirri tapılıb.  

Məlum olub ki, kənd camaatının qəribə davrnışlarının səbəbi işlədilməyən bir uran mədəni olub.   Qeyd edək ki, SSRİ zamanında Kalaçi kəndinə yaxın Krasnogorsk qəsəbəsində uran çıxarılıb. Bu mədən uzun illərdir işlək olmamasına rəğmən ətrafa zəhər saçmağa davam edib.  

Bildirilib ki, bu bölgənin çevrəsində karbon-dioksidin miqdarı normadan 10 dəfə artıq olub.  

Artıq Qazaxıstan hökuməti təcili tədbirlər görməyə başlayıb və sakinlərin Kalaçidən köçürülməsinə başlanılıb.

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı