Modern.az

Putini nə gözləyir? – Allah yolunda müharibə?

Putini nə gözləyir? – Allah yolunda müharibə?

16 İyul 2015, 22:21

Şimali Qafqazda “İslam dövləti” (İŞİD) terror təşkilatının filialının yaradılmasından sonra Rusiyaya qarşı böyük təhlükənin ortaya çıxdığı bildirilir.

Məlumdur ki, onsuz da, çoxlu sayda çeçen İŞİD tərkibində döyüşmək üçün Suriyaya, İraq yollanırlar.

Modern.az saytının xəbərinə görə Almaniyanın “Fokus” nəşri yazıb ki, əslində çeçenlərin İŞİD sıralarına qoşulmalarına səbəb başqa motivlərdir.

Ekspertlər hesab edir ki, İŞİD sıralarındakı muzdlu döyüşçülərin çox hissəsi Şimali Qafqazda yerləşən respublikalardan gəlirlər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin çməlumatına görə İŞİD tərəfində döyüşən çeçenlərin sayı 1.7 min nəfərdir. Lakin bəzi mənbələr bu rəqəmin 5 min olduğunu iddia edir.

“Fokus” bildirib ki, Rusiya İŞİD-dən qayıdacaq yaraqlıların Şimali Qafqazda terrorizmi yenidən canlandıracaqlarından ehtiyat edir.  

Terrorizm üzrə alman ekspert Udo Ştaynbax qeyd edib ki, çeçenlər qələbə ilə geri dönəcəklərsə, Allah yolunda azadlıq müharibəsi aparmaq istəyəcəklər.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi