Modern.az

Azərbaycanda sənədli qiymətli kağızlarla bağlı QADAĞA

Azərbaycanda sənədli qiymətli kağızlarla bağlı QADAĞA

Təhsil

16 İyul 2015, 22:55


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarının iştirakçılarına sənədli səhm və istiqrazları sənədsiz formaya keçirməyi tövsiyə edir.

Modern.az-ın verdiyi məlumata görə, bu “Qiymətli kağızlar bazarı haqqında” qanunun iyulun 14-də qüvvəyə minməsi ilə əlaqədardır.

Məlumata əsasən, investisiya qiymətli kağızlarla əqdlərin tam avtomatlaşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycanda sənədli investisiya qiymətli kağızların (səhm və istiqraz) buraxılışı qadağan edilir. Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl buraxılmış sənədli investisiya qiymətli kağızlarla əqdlərin bağlanmasının isə yalnız həmin investisiya qiymətli kağızların sənədsizləşdirilməsindən sonra mümkün olduğu müəyyən edilir.

Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında aşağıdakı şirkətlərin səhm və istiqrazları var; sənədli forma dövriyyəsindədir: "Muğanbank" ASC-nin adsız istiqrazları; “Wembley Developments (Azerbaijan)”, Bank BTB", Azərbaycan Beynəlxalq Bankı, СК “Başak-Inam Sığorta Şirkəti”, "Kapital Bank", "Kredobank", "Access Bank", "AzEL", "AqroFina", "LUKoil-Azerbaijan", "Londongate (Azerbaijan) Insurance Co", "Ural Ticaret Evi", "Konsaltinqservis", "Debut Bank", "Alkaros Motors AB" və "Amrah Sığorta"nın səhmləri.

Bundan başqa, səhmdarlarının reyestrini özü aparan səhmdar cəmiyyətləri 2015-ci il sentyabrın 15-dək apardıqları reyestrləri “Milli Depozit Mərkəzi” QSC-yə təhvil verməlidirlər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır