Modern.az

Gürcüstanda azərbaycanlılara məxsus tarixi abidələr bərpa olunacaq

Gürcüstanda azərbaycanlılara məxsus tarixi abidələr bərpa olunacaq

Təhsil

17 İyul 2015, 00:10


Gürcüstan hökuməti ölkə ərazisindəki qədim tarixi abidələrin bərpası ilə əlaqədar xüsusi layihə hazırlayıb. Azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə mövcud olan tarixi abidələr də bu layihəyə daxil edilib.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze deyib.

Nazir bildirib ki, arxeoloqlar Kvemo Kartli-Borçalı bölgəsində, Bolnisi, Marneuli, Qardabani və digər rayonlarda azərbaycanlılara məxsus tarixi abidələri araşdırıb və pasportlarını hazırlayıb. Artıq bu rayonlarda XIIV-XIIIV əsrlərə aid olan 7 abidənin sənədləri hazırlanıb. Hər bir abidənin bərpasına təqribən 15-20 min lari pul xərclənəcək. Gürcü arxeoloqlar azərbaycanlı həmkarları ilə əlaqə saxlayır, onlarda olan məlumatlar əsasında axtarış işlərini davam etdirirlər.

Nazir deyib: “Qədim tarixə malik Azərbaycanın və Gürcüstanın çox zəngin mədəniyyəti var. Biz tarixi abidələri bərpa etməklə mədəni irsi qoruyub saxlamağı, eyni zamanda, mədəni əlaqələrimizi daha da inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bizim mədəniyyətimiz, tarixi dostluğumuz daha da möhkəmlənəcək”.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır