Modern.az

Qadir İbrahimlini də qeydə almadılar

Qadir İbrahimlini də qeydə almadılar

11 Oktyabr 2010, 17:06

“Qarabağ” Seçki Blokunun 74 saylı Lənkəran kənd seçki dairəsindən vahid namizədi, Aydınlar Partiyasının sədr müavini, “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimlinin deputatlığa namizədliyi qeydə alınmayıb. Dairə Seçki Komissiyasının bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib. DSK-da onun imza vərəqələrində 74 imzanın saxta olduğunu müəyyənləşdiriblər.

Modern.az-a açıqlamasında DSK-nın qərarını əsassız hesab edən Qadir İbrahimli bildirib ki, Lənkəran şəhər İcra Hakimiyyətinin kəndlərdəki nümayəndələri və polislər vasitəsi ilə onun namizədliyi xeyrinə imza atmış şəxslərlə hədə-qorxu gəlinib, onlar da təzyiq altında öz imzalarından imtina ediblər.

“Bu yolla 500 imza verən vətəndaşdan 74-dən ərizə alınıb ki, onlar guya mənim namizədliyim üçün imza atmayıb. Ümumiyyətlə belə ərizələrin yazılmasının özü Seçki Məcəlləsinə ziddir. Bu artıq total qanun pozuntusu, vətəndaşların ifadə azadlığının tapdalanmasıdır. Bu prosesə Lənkəran şəhər Polis İdarəsi və İcra Hakimiyyəti rəhbərlik edib”-deyə Q.İbrahimli deyib. Onun sözlərinə görə, imzalarla bağlı ekspert rəylərinin rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən verilməsi heç bir qanuna sığmır.

74 saylı DSK-nın əsassız qərarı ilə bağlı MSK-ya şikayət ediləcək. MSK şikayəti obyektiv araşdırmayacağı təqdirdə məhkəməyə müraciət olunacaq.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər