Modern.az

Suala cavab ver, kontur qazan!

Suala cavab ver, kontur qazan!

Qarabağ

11 Oktyabr 2010, 18:41

Telebe.az saytı və Cinhost hostinq xidmətləri şirkəti tələbələr üçün yeni viktorina həyata keçirir. İndi hər bir tələbə həftə ərzində saytda yerləşdirilən suallara düzgün cavab verərək,  istənilən mobil operatorun 10 manatlıq kontur kartını qazanacaq.  

Bəs bunun üçün nə etmək lazımdır?
 

Sadəcə, gün ərzində telebe.az saytını izləmək və resursda yerləşdirilən “Günün sualı”na cavabı hamıdan tez tapıb [email protected]adresinə göndərmək lazımdır.  Qeyd edək ki, bu viktorinada ancaq tələbələr iştrak edə bilər. Cavabı göndərərkən mütləq aşağıdakı məlumatlar göstərilməlidir:  
Ad
Soyad
Təvəllüd
Təhsil (universitet, kurs)  
Əlaqə telefonu 
Foto (istəkdən asılı olaraq)      

Günün sualına düzgün cavab verənin adı saytda viktorinanın getdiyi bölmədə yerləşdiriləcək. Həftə ərzində ən çox suala cavab verən şəxs qalib elan olunacaq və qazandığı konturun kodu ona göndəriləcək.  

Əgər hər hansı sualınız yaranarsa, foruma yaza bilərsiniz. Viktorina ilə bağlı suallara ancaq forumda cavab veriləcək. 

Qeyd edək ki, bu yarışma Cinhost şirkəti ilə müştərək təşkil olunub. Azərbaycanın hostinq bazarına yeni daxil olan Cinhost Rusiyada fəaliyyət göstərən PeterHost şirkətinin rəsmi nümayəndəsidir. Şirkət müxtəlif məsələlərlə bağlı xidmətlər həyata keçirir. Bunlardan ən böyüyü hostinq xidmətidir. Belə ki, təklif olunan minimal qiymət bir giqabayt trafik üçün 3 manatdır. Şirkət müştərilərilərinə pulsuz .RU, .COM, .NET, .BIZ, .ORG, .INFO domen adlarını qeydiyyata almağı və vaxtlarını uzatmağı təklif edir.  Daha ətraflı məlumat üçün WWW.CİNHOST.AZsaytına daxil ola bilərsiniz.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır