Modern.az

Azərbaycanlı jurnalist Moskvaya gedəcək

Azərbaycanlı jurnalist Moskvaya gedəcək

12 Oktyabr 2010, 10:21

Bu il dekabrın 8-9-da Moskvada “Doğu Avropada jurnalistikanın gələcəyi üçün mübarizə” mövzulu konfrans keçiriləcək. Konfransda keçmiş SSRİ ölkələrində jurnalistikanın üzləşdiyi problemlər, onun gələcəyi, xüsusən də etik jurnalistika məsələləri müzakirə ediləcək. Tədbirdə həm də bölgədə medianın əsas məsələləri olan güvənlik, senzurayla mübarizə və hüquq müstəvisindəki əngəllər barədə müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Konfransdan sonra qatılımçıların dekabrın 10-da Moskvada keçiriləcək insan haqları üzrə beynəlxalq film festivalında iştirakı da təşkil ediləcək.

Tədbirin təşkilatçıları qismində Avropa Qonşuluğu Jurnalistika Şəbəkəsi (ENJN) və Beynəlxalq Jurnalistlər Federasiyasının Rusiyadakı təmsilçisi olan Rusiya Jurnalistlər İttifaqı çıxış edir.

Adı keçən konfransda Azərbaycanı müstəqil jurnalist Azər Həsrətin təmsil edəcəyi gözlənilir. Bu haqda onun özü Modern.az-a bilgi verib. Azər Həsrət bildirib ki, uzun illərdir işbirliyi etdiyi Beynəlxalq Jurnalistlər Federasiyası bu dəfə də onu xüsusən Orta Asiya və Güney Qafqaz ölkələri üzrə ekspert qismində tədbirə dəvət edib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər