Modern.az

İsa Qəmbərin telejurnalist rəqibinin namizədliyi qeydə alındı

İsa Qəmbərin telejurnalist rəqibinin namizədliyi qeydə alındı

12 Oktyabr 2010, 15:37

15 saylı Yasamal birinci seçki dairəsindən parlament seçkilərinə qatılan «Lider» televiziyasının «Sitatın sonu» proqramının aparıcısı Etibar Hüseynovun deputatlığa namizədliyi qeydə alınıb. Modern.az-ın məlumatına görə, bu barədə MSK-nın “Seçkilər” İnformasiya Mərkəzindən xəbər verilib.

Qeyd edək ki, bir neçə gün öncə bu dairədən Müsavat Partiyasının başqanı İsa Qəmbərin də deputatlığa namizədliyi qeydə alınıb.
E.Hüseynovun sözlərinə görə, o, güclü insanlarla mübarizə aparmağı xoşlayır. “Burda əsas məqsədim İsa Qəmbərlə mübarizə aparmaqdır» -deyə o, bildirib.

Müxalifətçilər isə deyirlər ki, müxalifətə antipatiyası ilə seçilən, onu məsxərəyə qoymaqla, fəaliyyətini və hətta liderlərini qabiliyyətsizlikdə suçlamaqla məşhur olan E.Hüseynov qəsdən 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?