Modern.az

Samuxda 5 nəfərin öldüyü dəhşətli qəza haqda RƏSMİ MƏLUMAT

Samuxda 5 nəfərin öldüyü dəhşətli qəza haqda RƏSMİ MƏLUMAT

1 Avqust 2015, 14:40

Daxili İşlər Nazirliyi (DİN) Samuxda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Modern.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 31-də saat 16 radələrində Samux rayonunun Bağbanlar kəndində rayon sakini Zöhrab Məmmədov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu körpüdən Gəncə çayına aşırıb. 

Nəticədə Z.Məmmədov və sərnişinləri Maral Məmmədova, Hicran Məmmədova, Kifayət İsmayılova və Məleykə Həsənova hadisə yerində ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular