Modern.az

Milli Məclis Türkiyə Böyük Millət Məclisinə müraciət edə bilər

 Milli Məclis Türkiyə Böyük Millət Məclisinə müraciət edə bilər

14 Oktyabr 2009, 13:27

Modern.az xəbər verir ki, Milli Məclisin payız sessiyasının oktyabrın 16-na nəzərdə növbəti iclasının keçirilmə vaxtı dəyişdirilib. Bununla yanaşı, parlamentin növbəti iclasının gündəliyində də dəyişiklik edilib. Milli Məclisdən bildirilib ki, iclasın vaxtının dəyişdirilməsinə səbəb Türkiyə ilə Ermənistan arasında məlum protokolların imzalanması nəticəsində yaranmış situasiyaya uyğun addımların atılmasıdır. Belə ki, Azərbaycan parlamentinin 11 deputatı hazırda Türkiyədədir. Milli Məclis onların geri dönməsini gözləyir. Azərbaycandan gedən millət vəkilləri Türkiyədə bir sıra görüşlər keçirdikdən sonra həftəsonu geri dönəcəklər. Bundan sonra Milli Məclis səfərin nəticələrini parlamentin oktyabrın 20-ə planlaşdırılan iclasında müzakirə edəcək. 

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a bildirib ki, Türkiyə ilə Ermənistan münasibətlərinin yaxşılaşmasına yönəlmiş protokol Azərbaycanın gündəmində olan əsas məsələdir. Onun təxminlərinə görə,  hər bir deputat növbəti iclas zamanı bu məsələdən danışacaq: “Hesab edirəm ki, iclas günü məlum protokolun təsdiqlənməməsi üçün Türkiyə Böyük Millət Məclisinə çagırışlar da olacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu