Modern.az

29 jurnalist deputatlığa namizəddir (siyahı)

29 jurnalist deputatlığa namizəddir (siyahı)

Media

14 Oktyabr 2010, 12:58

Milli Məclisə keçiriləcək seçkilrədə iştirak etmək üçün bu günə qədər 29 KİV nümayəndəsi Dairə Seçki Komissiyalarında qeydə alınıb. Bu jurnlaistlər müxtəlif qəzetləri, TV-ləri təmsil edir. Modern.az saytı mediadan olan bu namizədlərin siyahısını təqdim edir:

2 saylı Şərur seçki dairəsi - “Demokratik Müsavat” qəzetinin baş redaktoru Səxavət Əliyev;

3 saylı Babək-Kəngərli-Naxşıvan -  “Əlillər” qəzetinin müxbiri Mirağa Seyidov;

9 saylı Binəqədi birinci seçki dairəsi - “Millət” qəzetinin baş redaktoru Əli Orucov;

10 saylı Binəqədi üçüncü seçki dairəsi -  “Azərbaycan Naminə” qəzetinin baş redaktoru Vahid Musazadə; 

15 saylı Yasamal birinci seçki dairəsi - Lider TV-də “Sitatın sonu” proqramının aparıcısı Etibar Hüseynov;

16 saylı Yasamal ikinci seçki dairəsi - “Haqlı tələb” qəzetinin baş redaktoru Fəxrəddin Babayev;

17 saylı Yasamal üçüncü seçki dairəsi – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid;

25 saylı Nizami ikinci seçki dairəsi -  ANS –in aparıcısı Turan İbrahimov;

25 saylı Nizami ikinci seçki dairəsi - Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu;  

30 saylı Suraxanı birinci seçki dairəsi –  “Gündəlik Bakı” qəzetinin baş redaktor müavini Vazeh Mehdiyev;
 
31 saylı Suraxanı ikinci seçki dairəsi -  “Yeni Azərbaycan” naminə qəzetinin baş redaktoru Ramazan Bağırov;

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - “Zaman Yolu” qəzetinin redaktoru  Tünzalə Məhərrəmova;

44 saylı Sumqayıt-Abşeron seçki dairəsi – “Xalq Cəbhəsi” qəetinin redaktoru Arzu Şirinova;

45 saylı Abşeron seçki dairəsi – AZTV” QSC –nin sədri Arif Alışanov;

48 saylı Yevlax seçki dairəsi – “Kür” qəzetinin müxbiri Xanim Nəsibova;

71 saylı Masallı kənd seçki dairəsi – “Ayan” qəzetinin təsisçisi Cavid Şirəliyev;

81 saylı Beyləqan seçi dairəsi – “Parelel” qəzetinin baş redaktoru Tapdıq Abbas;

85 saylı Şamaxı seçki dairəsi -  “Əyalət” qəzetinin baş redaktoru Abdulməcid Məcidov ;

88 saylı Göyçay  seçki dairəsi  - “Azad yeni fikir” qəzetinin baş redaktoru Aqil Mahmudov;

94 saylı Bərdə kənd seçki dairəsi – Sosial İnformasiya Agentliyinin rəhbəri Taleh Şahsuvarlı;

95 saylı Tərtər seçki dairəsi – “Lider” TV-nin siyasi icmalçısı Sahib Alıyev;

96 saylı Göranboy – Naftalan seçki dairəsi – “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev;

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi -  “Ekspress” qəzetinin müxbiri Aqil Aslan;

107 saylı Qazax seçki dairəsi – “Yeni Müsavat” qəzetinin müxbiri Leyla Mustafayeva;

114 saylı Şəki kənd seçki dairəsi – “Həqiqət bürcü” qəzetinin baş redaktoru Şərqiyyə Seyidova;

119 saylı Ağdam kənd seçki dairəsi – “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili;

119 saylı Ağdam kənd seçki dairəsi – “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov;

121 saylı Laçın seçki dairəsi – “Laçın” qəzetinin baş redaktrou  Mayıl İlyasov;

121 saylı Laçın seçki dairəsi -  “Aydın fikir” qəzetinin baş redaktoru Sübut Mehdiyev.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir