Modern.az

PKK terrorçuları soydaşlarını 250 milyon dollar ziyana saldı

PKK terrorçuları soydaşlarını 250 milyon dollar ziyana saldı

4 Avqust 2015, 23:57


PKK-nın Kərkük-Yumurtalıq neft  kəmərinə hücumu nəticəsində Şimali İraq Kürd Regional Rəhbərliyi 250 milyon dollar ziyana düşüb.  

Modern.az Türkiyə KİV-nə istinadən verir ki, bu barədə Kürd Rəhbərliyinin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Məlumatda  neft kəmərinin Regional Rəhbərlik üçün əsas gəlir mənbəyi olduğu bildirilib.

Qeyd edək ki, PKK iyulun 29-da Türkiyənin Şırnak vilayətinin Silopi rayonundan keçən Kərkük-Yumurtalıq neft boru kəmərinə hücum edib. Partlayış nəticəsində neft 10 hektar əraziyə yayılıb. 


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir