Modern.az

ABŞ prezidentliyinə respublikaçı namizədlərin ilk debatı keçiriləcək

ABŞ prezidentliyinə respublikaçı namizədlərin ilk debatı keçiriləcək

5 Avqust 2015, 10:20



Avqustun 6-da Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik iddiasında olan 10 nəfərin ilk teledebatı baş tutacaq. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunlar milyarder Donald Tramp, Floridanın keçmiş qubernatoru Ceb Buş, Viskonsinin qubernatoru Skott Uoker, Arkanzasın keçmiş qubernatoru Mayk Xakabi, keçmiş həkim cərrah Ben Karson, Texasdan olan senator Ted Kruz, Floridadan olan senator Marko Rubio, Kentukkidən olan senator Rend Pol, Nyu-Cersinin qubernatoru Kris Kristi və Ohayonun qubernatoru Con Keysikdir.

Siyahı namizədlərin reytinqinə görə tərtib edilib. Sosioloji sorğularda ən çox reytinq qazanan Donald Tramp olub. “Böyük” debat ərəfəsi “təsəlliverici” debat keçiriləcək. Həmin debatda aşağı reytinqlərinə görə praym-tayma düşə bilməyənlər iştirak edəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir