Modern.az

Rusiyaya qarşı sanksiyalar Avropaya baha başa gəldi

Rusiyaya qarşı sanksiyalar Avropaya baha başa gəldi

5 Avqust 2015, 12:07

109 milyard avro, 2,5 milyon iş yeri itirildi…


Avstraliyanın İqtisadi Araşdırmalar İnstitu (WIFO) Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya və Rusiyanın cavab sanksiyalarından çəkdiyi maliyyə itkilərinin miqdarını hesablayıb. Modern.az xəbər verir ki, institut 2013 və 2015-ci illərdə Avropa Birliyinin iqtisadi gücünü bir neçə parametrdə müqayisə edərək Rusiyaya qarşı tətbiq edilən sanksiyaların quruma ağır zərbə vurduğunu hesablayıb.
Belə ki, sanksiyalar Avropa Birliyində 2,5 milyon iş yerinin ixtisar olunmasına və iqtisadiyyatına 109 milyard avro zərər dəyməsinə səbəb olub. Bu zərərin əsas hissəsini Almaniya öz çiyinlərində hiss edib. Rusiya ilə sıx iqtisadi əlaqələrdə olan Almaniyada 500 min insan iş yerini itirəcək, ölkəyə 29,9 milyon avro zərər dəyəcək.

İtaliyada 302, Poşada isə 300 min insan işsiz qalacaq. Bu ölkələr müvafiq olaraq 16,3 və 5,4 milyard avro vəsait itirəcəklər.

Vüqar İsmayılov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər