Modern.az

Qroznıda qadınlar üçün ilk qapalı çimərlik açıldı - FOTOLAR

Qroznıda qadınlar üçün ilk qapalı çimərlik açıldı - FOTOLAR

Dünya

5 Avqust 2015, 14:55

Çeçenistanda ilk dəfə qadınlar üçün çimərlik açılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, obyekt “Laquna” istirahət bazasında, “Qroznı dənizi” sahilində yerləşir, ərazisi 5 min kvadrat metrdir. Çimərliyin xidmətçilərinin hamısı qadınlardır, ora 12 yaşlı oğlanların da girişinə icazə verilib.

“Qadınların hərtərəfli istirahəti üçün bütün şərait yaradılıb. Uşaqlar üçün oyun meydançası tikilib”, - istirahət bazasının administratoru Petimat  Aqaeva deyib.

Üç metr hündürlükdə hasara alınan ərazidə kafe, tibb məntəqəsi və ibadətgah otağı da var. Çimərlik üçün qum Xəzər dənizi sahilindən gətirilir. Əraziyə eyni vaxtda 5 min qadın yerləşə bilər.








Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir