Modern.az

Tarixi razılaşmadan sonra Putinin iqtisadi niyyətləri nəyə HESABLANIB? – TƏHLİL

Tarixi razılaşmadan sonra Putinin iqtisadi niyyətləri nəyə HESABLANIB? – TƏHLİL

5 Avqust 2015, 17:06

Qərb ölkələrində aqressiv lider kimi tanınan Rusiya prezidenti Vladimir Putin son günləri uğurla keçirdi və dünya diplomatiyasının mərkəzi simasına çevrildi.

Söhbət İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya)  arasında əldə edilmiş tarixi nüvə razılaşması kontekstində Rusiyanın rolundan gedir.  

Hətta, soyuq münasibətlərdə olduğu ABŞ prezidenti Barak Obama belə İranla razılaşmanın uğurla başa çatmasındakı yardımına görə Rusiyaya  təşəkkür etdi.

Ukrayna ilə bağlı mövqeyi dəyişməsə də Putin “Qərb dövlətlərinin ondan “şər qüvvə” obrazı yaratmaq səylərini düşünülmüş diplomatik fəndlər icra etməklə iflasa uğradır.       

Xüsusən də, hər kəsi Putinin İranla”altılıq” ölkələri arasında razılaşmanın əldə olunmasındakı səyləri düşündürür.

“Peace Research Institute” təşkilatının eksperti Pavel Bayev rəsmi Moskvanın danışıqlar yolu ilə bir neçə məqsədə çatdığını düşünür.

“Danışıqları çətinləşdirmək üçün Kreml bir neçə dəfə cəhd etdi. Sanksiyalara rəğmən İranda nüvə reaktoru tikəcəyini və S-300 raketləri satacağını anons etdi. Lakin son məqamda öz zərərverici addımlarından geri çəkildi”. Pavel Bayevin fikrincə, Putinin geri addım atması Çinin istəyi ilə bağlıdır.  

“Bu addımlar ola bilsin ki, Çinin təsiri ilə bağlıdır. Onlar danışıqların uğurla başa çatmasında və Rusiyanın hər hansı sabotaj etməməsində israrlıdırlar. Putin düşünür ki, Çinlə iqtisadi münasibətlərin yaxşılaşması, o cümlədən neft və qaz satışının artmasından gələcək divident  

İranın dünya bazarlarına qayıtmasından gələcək zərərdən daha çoxdur”.

Analitiklər isə neftin qiymətlərinin daha da ucuzlaşmasını təxmin edirlər. İranın payızdan başlayaraq hər gün 500 min-1 milyon barel neft hasil etməsi neftin qiymətinin 45 dollardan da aşağı düşməsinə səbəb olacaq.

Lakin Putinin bu məsələ ilə bağlı da öz iqtisadi hesablamaları var. Belə ki, İranın neft buruqları və kəmərləri xeyli köhnəlib. Ölkənin boru və yeni neft texnologiyalarına olan ehtiyacını isə həmişə Rusiya ödəyib. 

Volqa çayı sahilindəki boru zavodu sanksiyalara qədər rəsmi Tehranın ehtiyaclarının 40%-ni ödəyirdi.  

Digər tərəfdən isə, İrana satılmalı olan rus silahları, o cümlədən S-300 raketləri Kremlə neftin ucuzlaşması ilə yaranan narahatlığı ləğv etməyə yardım edəcək. 

Digər tərəfdən isə Rusiya  Dəmir Yolları QSC-nin sədri Vladimir Yakunin İran neftinin xaricə daşınması üçün dəmir yolu xətlərinin elektrikləşdirilməsinin vacib olduğunu demişdi. Rusiya bu məsələni də öz üzərinə götürmüş oldu.  

Bununla yanaşı, dünyanın əsas qaz ixracatçısı olan Rusiya 2-ci qaz ixracatçısı İranla bu sektorda fərqli məqsədlər güdürlər.

Amma İranın qaz hegemonluğuna iddia etməsi Kremlin maraqlarına da xidmət edə bilər. Belə ki, Rusiyanın mühərrik və boru istehsal edən korporasiyaları yeni qaz kəmərinə ehtiyacı olan İrana çoxmilyardlı investisiya yatıra bilərlər. Nəticədə isə Moskva ölkənin qaz bazarının dörddə birini əldə etmiş olacaq.  

Paralel olaraq, Rusiya şirkəti “RosAtom” İranda Buşəhr atom elektrik stansiyası tikir. Gələcəkdə isə daha 8 AES-in tikintisi rus şitkəri tərəfindən gerçəkləşdiriləcək.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!