Modern.az

Yaxın Şərqin yeni xəritəsini iki ölkə müəyyən edəcək - ABŞ VƏ TÜRKİYƏ

 Yaxın Şərqin yeni xəritəsini iki ölkə müəyyən edəcək -  ABŞ VƏ TÜRKİYƏ

5 Avqust 2015, 20:42


Yaxın Şərqin yeni xəritəsini ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəyyən edəcək.  Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Mətbuat bölgənin yeni xəritəsinin Ərdoğanın ABŞ səfəri zamanı bəlli olacağını iddia edib:  

“Tezliklə PKK və İŞİD-ə qarşı böyük əməliyyatlar keçiriləcək. Bəşər Əsədin hakimiyyətdən getməsi üçün Vaşinqton daha aktiv fəaliyyətə keçəcək. Bölgənin gələcəyi və yeni xəritə isə Ərdoğan-Obama görüşündə həll olunacaq”.  

İngilis mediası isə daha irəli gedərək, ABŞ-ın Fərat çayının qərbindən Aralıq dənizinə qədər olan bölgəni Türkiyəyə verəcəyini iddia edib:  

“Ötən həftə Türkiyə ilə ABŞ arasında əldə edilən İncirlik razılaşmasından sonra yeni addımlar atıldı. Türkiyənin İŞİD-ə və PKK-ya qarşı əməliyyatları bölgədə yeni ab-havaya səbəb oldu. Bu proseslər sona çatdığı zaman Fərat çayının qərbindən Aralıq dənizinə qədər olan bölgə Türkiyənin olacaq”.  

Türk mediası isə sözügedən ərazinin Cerablus və Afrinin cənubundan Hələblə İdlib daxil olmaqla, Latakiyaya qədər uzandığını yazıb.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır