Modern.az

İnformasiya texnologiyaları sahəsindəki milyarderlər - SİYAHI

İnformasiya texnologiyaları sahəsindəki milyarderlər - SİYAHI

6 Avqust 2015, 10:47

“Forbes” jurnalı informasiya texnologiyaları  sahəsindəki 100 milyarderin adlarını açıqlayıb.

Modern.az xəbər verir ki, 100 milyarderlərin içərisində liderliyi yenə Bill Qeyts tutub. Onun sərvətini “Forbes” 79,6 milyard dollar məbləğində qiymətləndirib.  

İkinci yerdə “Oracle”-ın yarıdısıcsı və idarə heyətinin sədri Larri Elisson tutub. Forbes onun sərvbətini isə 50 milyar dollar qeyd edib. Üçüncülüyü  isə “Amazon”un təsisçici və sahibi Cef Bezos 47,8 milyard dollarla tamamlayır.  

Facebook-un yardıcısı və baş direktoru Mark Zukerberq 33,4 milayrd dollarla dördüncü, Google-un yarıdıcıları Larri Peyc və Serqey Brin isə beşinci və altıncı yerləri bölüşürlər. Peyçin sərvəti 29,7 milyard dollar, Birinin sərvəti isə 29,2 milyard dollar qiymətləndirilib.  

100 milyarderin ümumi sərvəti 842,9 milyard dollardır. İştirakçılar arasında orta yaş 53-dür. Ən gənc milyarderin, “Snapchat”in yarıdıcısı Evan Şpiqelyunun isə 25 yaşı var. O, 2.1 milyard dollara sahibdir. Ən yaşlı isə 86 yaşında olan Qordon Murdur. “İntel”in yarıdıcısının 6 milyard dolları sərvəti var.

Siyahıyada 51 amerikalı biznesmeninin adı qeyd edilib. Onlardan 40-ı Kaliforniyada qalır. Reytinqə olanların 33-ü isə Asiyadandır.  

Siyahıda 6 qadın var. Onlardan ən zəngini Loren Pauel Çobsdur, onun 21,4 milyard dollarlıq sərvəti var.  

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub