Modern.az

Türkiyə 30 gündə 22 şəhid verib

Türkiyə 30 gündə 22 şəhid verib

6 Avqust 2015, 12:00

Türkiyədə son 30 gündəki (7 iyul-5 avqust) terror hücumlarında, aralarında jandarma komandiri Arslan Kulaksızın da olduğu 22 hərbçi şəhid olub, 6 vətəndaş həyatını itirib, 89 adam yaralanıb. Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu dövrdə terrorçular 100-dən çox avtomobili yandırarkən,  qarşıdurmalarda 11 terrorçu öldürülüb, 2 terrorçu yaralı ələ keçirilib.

Məlumatda qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən terror təşkilatı PKK-ya istiqamətli  xaricdə və ölkə daxilində təyin olunan hədəflərə hava əməliyyatları edilib. Bölgədə avqustun 1-nə qədər reallaşdırılan əməliyyatlarda, aralarında PKK-nın üst səviyyəli  idarəçilərinin də olduğu 260-dan çox terrorçunun məhv edildiyi,  400-dən çox terrorçunun da yaralandığı açıqlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?