Modern.az

Müstəqil Azərbaycanın qalmaqallı seçki tarixi: statistika nə deyir?

Müstəqil Azərbaycanın qalmaqallı seçki tarixi: statistika nə deyir?

Ölkə

15 Oktyabr 2010, 10:13

18-ci seçkiyə qədəm qoyuruq!

1991-ci ildən keçən 19 il ərzində Azərbaycanda müxtəlif siyasi əhəmiyyətli 17 seçki keçirilib. Modern.az sayı Azərbaycanın seçki tarixini araşdırıb və son 19 ildə keçirilmiş seçkiləri, onların rəsmi nəticələrini sizə təqdim edirik.

Azərbaycan Respublikasında ilk Prezident s
eçkiləri 1991-ci il sentyabrın 8-də olub.
Həmin seçkilərə əsasında Ayaz Mütəllibov prezldent seçilib. Bu seçkilərdə seçici siyahılarına daxil edilmiş seçicilərin 84,4 faizi səsvermədə iştirak edib. Ayaz Mütəllibovun lehinə seçicilərin 98,5 faizi səs verib. Yalnız 1,5 faizi onun əlehinə səs verib.

Həmin il ölkədə bir-biri ilə tam ziddiyyət təşkil edən iki referendum da keçirilib.
Azərbaycan Respublikasında ilk referendum 1991-ci il martın 17-də keçirilib.  Bu ümumxalq səsverməsi bərabərhüquqlu respublikaların federasiyası kimi SSRİ-nin saxlanması məsələsinə həsr olunub. Həmin məsələ ilə əlaqədar səsvermədə 2 milyon 903 min 797 vətəndaş iştirak edib. SSRİ-nin saxlanması lehinə 2 milyon 709 min 246 nəfər və ya 93,3 faiz səs verib, əleyhinə səsverənlərin sayı 196 min 225 nəfər və ya 5,83 faiz olub.

Elə həmin ilin dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitutsiya Aktının qəbul olunması məsələsi barədə referendumu keçirilib. Səsvermədə "Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin qəbul etdiyi Konstitutsiya Aktına tərəfdarsınızmı?" sualı qoyulub.
Referendiumda 3 milyon 751 min 174 nəfər və ya səs verənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak edib. Səs verənlərin 99,58 faizi sualın lehinə, yəni Müstəqillik Aktına səs verib. 0,2 faizi isə əleyhinə səs verib.

Bir il sonra ölkə yenidən prezidentini seçməli olub.  Mart ayında postundan istefa vermiş Ayaz Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdi iflasa uğrayıb. Nəticədə AXC hakimiyyətə gəlib.

1992-ci il iyunun 7-də keçirilmiş seçklərdə Əbülfəz Elçibəy prezident seçilib.
Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak edib.
Elçibəyin lehinə seçicilərin 59,4 faizi səs verib. Əlehinə 38 faiz səs verib.

Üstündən il keçməmiş vətəndaşlar prezident seçmək üçün yenidən məntəqələrin qarşısına gəliblər. Elçibəyin hakimiyyəti buraxıb Naxşıvana getməsi ilə ölkədə yaranan siyasi böhran növbədənkənar seçkilərə gətirib çıxarır. 1993-cü il oktyabrın 3-də növbədənkənar prezident seçkilərində Əliyev Heydər Əlirza oğlu prezident seçilib. Seçici siyahılarma daxil edilmiş seçicilərin ümumi sayının 97,6 faizi səsvermədə iştirak edib. H.Əliyevin lehinə seçicilərin 98,8 faizi səs verib. Cəmi 1 faiz isə əlehinə səs verib.

1995-il noyabrın 12-də müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilib. Seçici siyahılarına daxll edilmiş 4 milyon 132 min 600 nəfər vətəndaşdan 3 milyon 556 min 277-si və ya 86,05 faizi seçkilərdə iştirak edib.
Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırılıb. Milli Məclisə cəmi 124 deputat seçilib. Bunlardan 99-u birmandatlı seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə çoxmandatlı seçki dairəsindən olub. Həmin seçkilərdə 8 siyasi partiya iştirak edib. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat alıb.
Azərbaycan Respublikasının Milli Məcllsinə ümumən 69 nəfər (55,65 faiz) ölkədə fəaiiyyət göstərən siyasi partiyaları təmsil edib. 55 nəfər bitərəf olub.

1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsvermədə 3 milyon 358 min 465 seçici iştirak edib ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79,18 faizi idi. (“Prezident seçkiləri haqqında” Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş sayılır).
Seçkilərdə iştirak etmiş seçicilərin 2 milyon 556 min 059 nəfəri və ya 76,11 faizi ölkə prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs veriib.

Respublikada 1999-cu il dekabrın 12-də keçirilmiş ilk bələdiyyə seçkiləri ölkənin siyasi həyatında bir neçə ay ərzində cəmiyyətin diqqətini özünə cəlb edən böyük və mühüm tədbir olub.

Seçkilərə hazırlıq dövründə demokratik qaydada, püşkatma yolu ilə 74 ərazi seçki komissiyası və 4683 məntqə seçki komissiyası yaradılmışdı ki, bunlarm da tərkibində ümumən 90,5 min vətəndaş seçkinin təşkili ilə məşğul idi. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş siyasi partiyalarm çoxu bələdiyyə seçkilərində fəal iştirak edib.

Ərazi seçki komissiyaların tərkibində siyasi partiyalardan təqribən 18 faizi, ictimai birlikləri (təşkilatların) isə 30 faizdən çox nümayəndəsi vardı. Məntəqə seçki komissiyalarmın tərkibində 21 siyasi partiyanın 5 min nəfərdən artıq nümayəndəsi təmsil olunmuşdu.

Namizəd göstərilmək üçün müraciət etmiş 43 min nəfərdən artıq vətəndaşın 35,6 min nəfəri və ya 80 faizdən çoxu bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınıb və onların adları seçki bülletenlərinə daxil edilib. Bunların 54,4 faizi öz namizədliklərini müstəqil irəli sürmüş, 40 faizdən çoxu isə siyasi partiyalar tərəfindən namlzəd göstərilmişdi. Namizədlikləri səsə qoyulan şəxslər arasında ümumiyyətlə 26 siyasi partiyanm təqribən 18 min üzvü və nümayəndəsi təmsil olunmuşdu ki, bu da bütün namizədlərin 51 faizini təşkil edirdi.

Seçki ərazilərindəki 2.667 bələdiyyəyə üzvlər seçilmək üçün səsvermə keçirilib. Respublika üzrə seçici siyahılarına daxil edilmiş 4 milyon 312 min 265 seçicidən 52,6 faizi səsvermədə iştirak edib. Bütün bələdiyyələrdən 2591-də seçki baş tutub. Seçki ərazilərində bələdiyyə üzvlüyünə seçilmək üçün namizədlikləri səsə qoyulan şəxslərin 20 min 456 nəfəri və ya 57,46 faizi bələdiyyələrə üzv seçilmişdi.

2000-ci il parlament seçkiləri də ciddi rəqabət şəraitində keçib. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunla nəzərdə tutulmuş qaydada avqustun 7-dək birmandatlı 99 seçki dairəsində 1/3 prinsipi əsasında hər birinin tərkibi 9 nəfərdən ibarət 99 dairə seçki komissiyası yaradıldı. Ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 42 saylı Xankəndi seçki dairəsində seçki keçirilməsi mümkün olmadığından dairə seçki komissiyası yaradılmayıb.
Dairə seçki komissiyalarının tərkibinə 891 nəfər həlledici səs hüquqlu üzv təyin olunmuşdu. Onların 297 nəfəri Yeni Azərbaycan Partiyasını, 152 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasını, 145 nəfəri Azərbaycan Milli İstiqlal Partiyasını və 297 nəfəri bitərəfləri təmsil edirdi. Bunlardan başqa, təşəbbüsçülər tərəfindən birmandatlı seçki dairələri üzrə qanuna müvafiq surətdə irəli sürülmüş və qeydə alınmış deputatlığa hər bir namizədə, eləcə də çoxmandatlı seçki dairəsi üzrə vahid namizədlər siyahısını qeydə aldırmış siyasi partiyalara və siyasi partiyalar blokuna dairə və məntəqə seçki komissiyalarının tərkibinə məşvərətçi səs hüquqlu üzv təyin etmək hüququ verilib. Siyasi partiyalar tərəfindən dairə və məntəqə seçki komissiyalarına 1000-dən artıq məşvərətçi səs hüquqlu üzv təyin olunub.
Respublika üzrə seçici siyahılarına 4 milyon 318 min Azərbaycan vətəndaşı daxil edilmişdi.

İyulun 23-dən isə respublikanın vətəndaşları və siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədlərin birmandatlı seçki dairələri üzrə irəli sürülməsi prosesi başlanıb. Namizədlər göstərilməsinə dair bildiriş sənədləri, o cümlədən seçicilərin imza vərəqələri komissiyalarda yoxlanıldıqdan sonra deputatlığa 408 namizəd qeydə alınır və onların siyahıları elan edilir. Sonradan bu rəqəm namizədliyini geri götürən və Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlər siyahısından çıxarılan şəxslər hesabına azalaraq 390 nəfər olur.

Birmandatlı seçki dairələri üzrə namizədlər siyahısına bitərəflərlə yanaşı, 33 siyasi partiyanı təmsil edən vətəndaşlar da daxil edilmişdi. Birmandatlı seçki dairələrində səsə qoyulan namizədlərin 63,3 faizini siyasi partiyaların üzvləri, 36,7 faizini isə bitərəflər təşkil edib.

Respublikada qanunvericiliyə uyğun surətdə fəaliyyət göstərən siyasi partiyalardan 14-ü proporsional sistem üzrə seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlardan 9-u seçici imzalarının torlanmasında ciddi pozuntulara yol verdiklərinə və qeyri-düzgün məlumatlar təqdim etdiklərinə görə vahid namizədlər siyahılarını qeydiyyatdan keçirməyə nail olmamış, yalnız 5-i bildiriş sənədlərini qanunun tələblərinə uyğun tərtib və təqdim edərək seçkiyə buraxılmışdı.
Mərkəzi Seçki Komissiyasında əvvəllər qeydiyyatdan keçmiş Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı, Müsavat Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Xalq Demokratik Partiyasının, Milli Konqres Partiyasının, Azərbaycan Naminə Alyans Partiyasının, Demokratik Azərbaycan Dünyası Partiyasının, Azərbaycan Liberal Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul edir. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Milli Dövlətçilik, Milli Hərəkat və Demokratik Maarifçilik partiyaları seçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara alıblar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq “Demokratik Azərbaycan” Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirillib.
Proporsional seçki sistemi üzrə seçkilərdə iştirak edən 12 siyasi partiyanın və 1 siyasi partiyalar blokunun əsas namizədlər siyahılarında olan ümumən 325 namizəd mandat uğrunda rəqabət aparırdı.
Respublikanın seçki təcrübəsində ilk dəfə tətbiq olunan Dövlət Atomatlaşdırılmış İnformasiya Sisteminində seçicilər qeydə alınarkən, seçici siyahıları tərtib olunarkən, səsvermənin gedişi və nəticələri müəyyən edilərkən seçki komissiyalarından məlumatların vaxtında alınıb ümumiləşdirilməsində və televiziya vasitəsilə yayımlanmasında böyük əhəmiyyəti olur.

Milli Məclisə 2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərin nəticələri həmin ayın 22-də Konstitusiya Məhkəməsinin iclasında müzakirə olunur. Konstitusiya Məhkəməsi vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələri və siyasi partiyalar, siyasi partiyalar bloku arasında deputat mandatlarının başadüşülməsi haqqında Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2000-ci il tarixli protokolu ilə aşağıdakılar müəyyənləşdirir:
YAP -62,3 faiz, AXCP 10,95 faiz, VHP- 6,43 , AKP-6,33, Müsavat -4,85, AMİP-3,89, ALP-1,29, ADP -1,06, ANAP-0,95, Milli Konqres Partiyası- 0,51, “Demokratik Azərbaycan” siyasi partiyalar bloku- 0,40, Az Xalq Demokratik Partiyası -0,28, DADP- 0,26 faiz.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 5-də keçirilmiş seçkilərdə vahid çoxmandatlı seçki dairəsi və 88 birmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarlı hesab edir. Bəlli olur ki, həmin dairələr üzrə səsvermədə 2 milyon 783 min 205 seçici iştirak edib ki, bu da seçici siyahılarındakı vətəndaşların ümumi sayının 71,33 faizini təşkil edib. Nəticədə birmandatlı seçki dairələri üzrə 88, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 25 deputat olmaqla Milli Məclisə cəmi 113 deputat seçilməsi təsdiq olunur.

Mərkəzi Seçki Komissiyası seçkilər zamanı və bundan sonra alınan ərizələrlə əlaqədar 4 seçki dairəsində: 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu–Kürdəmir və 68 saylı İmişli seçki dairələrində seçkilərin nəticələrini etibarsız hesab edir, səsvermənin yekunları ilə əlaqədar bir sıra şikayətlər araşdırılıb tədbirlər görülməsi üçün müvafiq dairə seçki komissiyalarına və prokurorluq orqanlarına göndərib. Konstitusiya Məhkəməsi tərəfindən ciddi qanun pozuntuları aşkar olunan 3 seçki dairəsi, yəni 9 saylı Xətai birinci, 53 saylı Astara və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq olunmur.
Beləliklə, Konstitusiya Məhkəməsi 2000-ci il noyabrın 5-də seçkilər keçirilmiş birmandatlı 99 seçki dairəsindən 88-i üzrə seçkilərin nəticələrini təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 noyabr tarixli Sərəncamı ilə Milli Məclisə seçkilər üzrə qalan 11 seçki dairəsində 2001-ci il yanvarın 4-nə təkrar seçkilər təyin olunur. Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermədə 11 seçki dairəsinin 544 seçki məntəqəsi üzrə seçici siyahılarına daxil edilmiş 480 min 185 vətəndaşın 71,33 faizi iştirak edib.
Ümumiyyətlə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı 99 seçki dairəsi üzrə 5 noyabr 2000-ci ildə və 7 yanvar 2001-ci ildə keçirilmiş seçkilərdə 4964 seçki məntəqəsində seçici siyahılarında olan seçicilərin 68,93 faizi iştirak edib. 2 milyon 926 min 904 seçki bülleteni etibarlı hesab edilib, adları seçki bülletenlərində olan namizədlərin lehinə 2 milyon 888 min 813 nəfər, əleyhinə isə 38 min 091 nəfər səs verib. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş deputatların 27 faizini bitərəflər, 73 faizini partiya üzvləri təşkil edib.

2001-ci il aprelin 27-də Azərbaycan Respublikasının bəzi bələdiyyələrinə, noyabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisinə 528 saylı Ağcabədi və 871 saylı Tovuz şəhər seçki dairəsi üzrə əlavə seçkilər,  2002-ci il aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisinə 24 saylı Nərimanov I, 29 saylı Əli-Bayramlı-Salyan, 31 saylı Kəpəz seçki dairələri üzrə əlavə seçkilər keçirilib.

Ölkədə 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məsələsinə həsr edilib. Ümumxalq səsverməsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası referendum dairələri dairə seçki komissiyalarının səslərin hesablanması haqqında protokollarına əsasən müəyyən edib ki, ölkə üzrə 100 referendum dairəsindən (42 saylı Xankəndi referendum dairəsi istisna edilməklə) 99-da səsverənlər siyahılarına daxil edilmiş seçki hüququ olan 4 milyon 449 min 260 Azərbaycan Respublikası vətəndaşından 3 milyon 731 min 051 nəfəri və ya 83,86 faizi referendumda iştirak edərək səs verib.

2002-ci il noyabrın 2-də Azərbaycan Respublikasının bəzi ərazilərində yeni bələdiyyə yaradılması və sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması üçün seçkilər keçirilib.
963 seçki məntəqəsi üzrə seçici siyahılarına daxil edilmiş 880 min 964 seçicidən 369 min 106 nəfəri, yəni 44,96 faizi seçkidə iştirak edib, beləliklə, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Qanununa uyğun olaraq seçkilər baş tutmuş elan edilir.

Bələdiyyələrdə 743 yerə seçilməkdən ötrü 1604 vətəndaşın namizədin namizədliyi səsə qoyulub və onlardan səsvermədə daha çox səs toplamış şəxslər bələdiyyələrə üzv seçilir.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilib.
Siyasi partiyalar, seçicilərin təşəbbüs qrupları, həmçinin seçilmək hüququ olan vətəndaşların özləri tərəfindən 30 iddiaçının namizədliyi irəli sürülmüşdü. MSK bunlardan 19-nun təqdim edilmiş sənədlərinin qanunauyğun tərtib olunduğunu müəyyən edir və onların namizədliyini təsdiqləyir.  Bunlardan bir nəfər həmin ərəfədə vəfat edir. Nəticədə MSK-da 17 namizədin sənədləri araşdırılaraq müəyyən edilir ki, onlardan yalnız 9-u Seçki Məcəlləsinin tələblərinə cavab verən qaydada və sayda imza toplaya bilmişdi.

Bu 9 nəfərin prezidentliyə namizədliyi MSK qərarı ilə qeydə alınır. İddiaçılardan daha 3 nəfəri Seçki Məcəlləsinə uyğun surətdə depozit qoymaq şərtilə prezidentliyə namizədliklərinin qeydə alınması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edir. Xahiş müsbət həll olunur və beləliklə, prezident seçilmək uğrunda mübarizəyə qeydə alınmış 12 namizəd qatılır. Sonradan onlardan 4-ü namizədliyini geri götürməsi barədə rəsmi müraciət edir və Mərkəzi Seçki Komissiyası həmin şəxslərin namizədliklərinin ləğv olunması haqqında qərar çıxarır.

Prezident seçkiləri üzrə seçki bülleteninə 8 namizədin: Azərbaycan Respublikasının Baş naziri, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Ələmdar oğlu Hacıyevin, seçicilərin təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülmüş Lalə-Şövkət Hacıyevanın, namizədliyi seçicilərin “Xalq Cəhbəsi” təşşəbüs qrupu tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun, Müsavat Partiyasının başqanı İsa Yunis oğlu Qəmbərin, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Səlidar oğlu Məmmədovun və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Xudu oğlu Rüstəmxanlının adları daxil edilir.

Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının araşdırılması nəticəsində 115 seçki dairəsinin ümumilikdə 694 seçki məntəqəsində məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların düzgün tərtib edilməməsi halları və nəticələrə təsir göstərə biləcək digər çatışmamazlıqlar aşkarlayır. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edir.  Seçkilərin yekunu göstərir ki, 15 oktyabr 2003-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində seçici siyahılarındakı 4 milyon 442 min 338 seçicidən 3 milyon 164 min 348 nəfəri, yəni 71,23 faizi səsvermədə iştirak edib. Etibarlı hesab edilmiş 2 milyon  421 min 061 səsdən 1 milyon 860 min 346-sı, başqa sözlə 76,84 faizi İlham Heydər oğlu Əliyevin lehinə verilmiş və o, prezidentliyə 8 iddiaçı arasında gedən kəskin mübarizədə böyük üstünlüklə qələbə qazanıb.

2004-cü ildə keçirilmiş Bələdiyyə seçkiləri də siyasi kampaniya kimi tarixə yazılıb

Mərkəzi Seçki Komissiyası özünün 17 avqust 2004-cü il tarixli 13/74 saylı qərarına əsasən Azərbaycan Respublikasında 17 dekabr 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçici siyahısına daxil edilmiş 4 milyon 551 min 346 seçicidən 2 milyon 019 min 267 nəfərin, yəni seçicilərin ümumi sayının 46,34%-nin səsvermədə iştirak etdiyini və bunun nəticəsində də seçkilərin baş tutduğunu bəyan edib. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin 460 olub.

2008-ci il prezident seçkilərində 3 milyon 701 min 690 nəfər seçki bületeni alıb. Etibarlı hesab edilmiş səslərin sayı 3 milyon 642 min 874 olub. Ləğv edilmiş seçki bülletenlərini sayı 1 milyon 122 min 143 olub. Namizədlərin səsvermə faizi belə olub. İqbal Ağazadə 104 min, Qulamhüseyn Əlibəyli 81 min, Hafiz Hacıyev 23 min, Qüdrət Həsənquliyev 83 min, Fazil Mustafayev 89 min səs verilib. İlham Əliyev isə 3 milyon 232 min 259 səs alıb.

6 oktyabr 2006-cı il tarixində bəzi b
ələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçirilib.

23 dekabr 2009-cu uldə Azərbaycanda bələdiyyələrə növbəti seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, seçkilərdə ölkə üzrə 1718 bələdiyyəyə seçkidə seçicilərin 32.4 faizi iştirak edib. Bu, təxminən 1 milyon 500 min seçici deməkdir.
Respublika üzrə 4 milyon 588 min 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 min 682 bələdiyyə üzvü seçilib.
Bələdiyyə seçkisində 31 minə yaxın namizəd iştirak edib. Müxtəlif qayda pozuntularına görə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Həmçinin 18 seçki məntəqəsinin fəaliyyəti buraxılıb. 1709 bələdiyyə üzrə seçkilər baş tutmuş hesab olunub və bu bələdiyyələr tam formalaşdırılıb.

İndi növbəti seçkilərin ərəfəsindəyik. Parlament seçkilərinin...

Xaqani Səfəroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü