Modern.az

“Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” azsaylı xalqlarla bağlı tədbir keçirib

“Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” azsaylı xalqlarla bağlı tədbir keçirib

Dünya

20 İyun 2015, 13:38

 “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyilə  “Azsaylı  xalqlar üçün biznes mühitinin inkişafına dair təlimlərin keçirilməsi” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirib.

  Modern.az-ın məlumatına görə, tədbirdə fundamental analizə həsr olunmuş təlimlər barədə  gənclərə ümumi iqtisadi göstəricilərdən istifadə edərək maliyyə bazarlarının proqnozlaşdırılması və dünyada baş verən hadisələrin düzgün qiymətləndirilməsi acıqlanıb. Ticarət praktikası kursu maliyyə alətləri üzrə hazırda ticarət edən və ya gələcəkdə ticarət etməyi planlaşdıran treyderlər üçün analitik üsulların praktiki tətbiqi nəzərdə tutulub. Mövcud təhlil yollarının praktikasını təqdim etməklə kurs bazarın vəziyyətini daha dəqiq və sürətli təyin edib proqnoz etmək bacarığını formalaşdırmaq əsas məqsəd kimi qəbul olunub.   

Baza tədris proqramı müddətində maliyyə bazarlarında gərəkli olan minimal nəzəri biliklər, psixoloji hazırlıq və praktiki vərdişləri aşılamaq məqsəd qoyulub.   

Təlimlərdə gənclərimiz bundan sonra ticarətdə intizamı qoruyacaq  və planlarına  riayət edəcəklər. İntizamlı ticarət, gənc treyderlərə zərərlərdən maksimum dərəcədə yayınmağa imkan yaradacaq. Həyata keçirilən hər bir əməliyyatda mənfəət və zərər ehtimallarının qabaqcadan müəyyənləşdirilməsi gənc treyderlərə kapitalı effektiv idarəetmə bacarığı qazandıracaq və eyni zamanda birja ticarətinə oyun kimi yanaşma düşüncəsini də aradan qaldıracaq.    








Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir