Modern.az

Azad Rəhimov jurnalistlərlə tez-tez görüşəcək

Azad Rəhimov jurnalistlərlə tez-tez görüşəcək

14 Oktyabr 2009, 17:09

Modern.az saytı xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov oktyabrın 14-də Parlament Jurnalistlər Birliyinin bir qrup üzvünü qəbul edib. Mətbuatın cəmiyyətdəki rolundan danışan nazir bildirib ki, rəhbərlik etdiyi qurum gənc jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçirir. A.Rəhimov oktyabrın 5-9-u arası Quba Olimpiya Kompleksində gənc jurnalistlər üçün təşkil olunmuş təlim-düşərgənin əhəmiyyətindən də danışıb. Nazir düşərgə iştirakçılarının müzakirələrdə aktiv iştirakından məmnun qaldığını vurğulayıb: “Analoji tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur. Gənclər və İdman Nazirliyi gənc jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazırdır”. Nazir həmçinin gənc jurnalistlərlə tez-tez görüşməyə hazır olduğunu da qeyd edib. Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli təlim-düşərgənin yüksək səviyyədə təşkil edilməsinə görə nazir Azad Rəhimova təşəkkür edib. C.Məmmədli düşərgə iştirakçılarının səviyyəsindən razı qaldığını bildirib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin üzvü Fuad Muradov da gənc media təmsilçilərinə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. F.Muradov gənc jurnalistlərin beynəlxalq təcrübəni öyrənmələri üçün müxtəlif layihələr üzərində çalışdıqlarını da qeyd edib. Millət vəkili deyib ki, rəhbərlik etdiyi qurum 2010-cu ildə bir qrup gənc jurnalistin Avropa Şurasının mənzil-qərargahının yerləşdiyi Strasburqa səfərini təşkil edəcək.           Tədbirdə jurnalistlər adından çıxış edən “Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə gənc mətbuat nümayəndələrinin peşə bacarıqlarının artırılması üçün belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. S.Verdizadə təlim-düşərgənin təşkilindəki əməyinə görə Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyinə minnətdarlığını bildirib. Sonda jurnalistlərə Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyinin birgə təsis etdiyi diplomlar verilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub