Modern.az

İranın qorxunc Türkiyə PLANI

İranın qorxunc Türkiyə PLANI

17 Avqust 2015, 11:21


Suriya Kürd Qabaqcıl Demokrat Partiyası (PDPK-S) İstanbul nümayəndəsi Ahmed Kasım İranın PKK-nı dəstəkləyərək Türkiyəni qarışdırmağı planladığını söyləyib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Suriyanın şimalında yaşanan prosesləri qiymətləndirən Ahmed Kasım təəccüblü açıqlamalar verib. Məlumatda qeyd edilir ki, Kasım deyib: “PKK özünə dəstəkçi tapmaq məcburiyyətindədir. Yaxşı, kim bu dəstəkçi? O da İran. İranlıların və türklərin qarşıdurması keçmiş bir tarixə söykənir.

İran PKK ilə oynayıb, ortalığı bir-birinə qata bilər”.   PYD-nin Suriyada olan kürd partiyalarını aldatdığını dilə gətirən Kasımın fikrincə, PYD bizdən kömək tələb edir, amma ortaq olmamızı istəmir: “Bu rəftarı kürd partiyaların bir yerdə olmasına mane olur”.  

PYD-nin zorakı bir rəhbərlik qurduğunu, öz güclərindən başqa heç bir siyasi və hərbi gücün fəaliyyətinə icazə vermədiyini iddia edən Kasım deyib:

“İraqda öyrədilən və sayları 5 mini aşan “Rojavalı Peşmerge” var. Bunların Suriyaya keçərək bölgəmizi qorumaları lazım idi. Hətta Duhokda əldə edilən razılaşmağa görə bu hərbi güc ölkəyə daxil olacaqdı, lakin PYD buna icazə vermədi”.

PYD-nin Suriyanın dövlət başçısı Bəşər Əsədin rəhbərliyi ilə hərəkət etdiyini söyləyən Kasımın iddiasına görə, PYD sözünün üstündə durmayıb: “Əsəd rejimi ilə razılaşdı. Rejim kürd bölgələrini PYD-yə verəcək və PYD-yə kömək edəcək, yəni BAAS rejimi PYD-nin əli ilə kürdcə olaraq tətbiq olunacaq”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir