Modern.az

Polis rüşvətxor məmurun pulunu 24 saata sayıb-qutardı

Polis rüşvətxor məmurun pulunu 24 saata sayıb-qutardı

17 Avqust 2015, 14:20


Hindistanın Qərbi Benqaliya ştatında rüşvətxor məmur polislərin işini çətinə salıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Belli şəhərində yerli administrasiyada çalışan mühəndis Pranabu Adxikarinin evində axtarış aparan polis onun bütün pullarını saymaq üçün 24 saat vaxt sərf ediblər.

Bundan başqa, pulu saymaq üçün 3 hesab maşını da gətirilib. Yerli jurnalistlər rüşvətxor məmurun qanunsuz yolla aldığı pulları evinin hər yerində - rəflərdə, döşəmədə, tavanda, divarda, divanda, yataq çarpayısında, balışlarda və hətta soyuducuda gizlətdiyini aydınlaşdırıb.

Ümumilkdə, polis Adxikarinin evindən 200 milyon rupidən artıq (təxminən 3 milyon dollar) pul və dəyəri 5,8 milyon rupi olan qızıl-zinət əşyaları müsadirə ediblər.

Şəhər sakinləri Belli şəhər  administrasiyasında binaların inspeksiyasına cavabdeh şəxs kimi Pranabu Adxikarinin hər uyğun fürsətdə rüşvət aldığından şikayətləniblər.

Hazırda həbsdə olan məmur yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq. Maraqlıdır ki, evindən 3 milyon dollar tapılan Adxikarinin aylıq vəzifə maaşı 700 dollar təşkil edir.  

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir