Modern.az

Mərkəzi Bankdan “Həyat sığortası” ilə bağlı xəbərlərə REAKSİYA

Mərkəzi Bankdan “Həyat sığortası” ilə bağlı xəbərlərə REAKSİYA

İqtisadiyyat

17 Avqust 2015, 16:17


“Yayılan informasiyaların heç bir əsası yoxdur”. Bu haqda Modern.az saytına Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev “Həyat sığortası” ilə bağlı bu gün bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirərkən deyib. Bank rəsmisi qeyd edib ki, bununla bağlı heç bir banka müraciət ünvanlanmayıb.

İnformasiyada qeyd olunur ki, avqustun 17-i səhər saatlarında “Həyat sığortası” ilə bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlanıb.

Məktubda banklardan “Həyat sığortası” tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.  

Gülşən RAUFQIZI    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə