Modern.az

“Bu kitabları oxu” - Aydın xan Əbilovun tövsiyəsi - RUBRİKA

“Bu kitabları oxu” - Aydın xan Əbilovun tövsiyəsi - RUBRİKA

18 Avqust 2015, 09:22

Modern.az  “Bu kitabları oxu” adlı yeni rubrikasını davam etdirir.

Rubrikada mütaliəsinə görə seçilən şəxslər özlərinin sevdiyi və başqalarına tövsiyə etdiyi kitab onluğunu tərtib edir və o kitabların oxunmasının vacib olmasının səbəblərini açıqlayırlar.

Bu dəfə yazıçı-kulturoloq Aydın xan Əbilov özünün ən çox sevdiyi onluğu təqdim edir:

  “Gənclərin intellektual-estetik zövqü o qədər pisləşib ki, onlara nisbətən böyük nəslin nümayəndəsi olaraq dünya səviyyəsində qəbul olunan kitabların onluğunu məsləhət görməkdə çətinlik çəkirəm. Fəqət, aşağıdakı ümimiləşdirilmiş əsərlərin adını qeyd edə bilərəm. Əlbəttə, imkan olsaydı, bu siyahıya Nitşe, Darvin, Marks, Lenin, Saramaqo, Bulqakov, Tolstoy, Kamyü, Sartr, Markes, Orxan Pamuku da əlavə edərdim, fəqət, tövsiyə üçün istənilən on əsəri qeyd edirəm:      

1. Səmavi kitablar - “Avesta”, “Tövrat”, “İncil” “Qurani-Kərim”.

2. Eposlarımız – “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və məhəbbət dastanlarımız.

3. Qədim Yunan və Roma ədəbiyyatı, fəlsəfəsi və elmi əsərlər müntəxəbatı.  

4. Qədim və orta əsrlər Şərq fəlsəfə külliyyatı - sufizm, panteizm, hürifizm mətnləri.  

5. Nizami Gəncəvinin Xəmsəsi - Azərbaycan insanı üçün lazım olan sivilizasiya şifrələrinin poetik-ədəbi xəzinəsi olduğuna görə.  

6. Hindistan və Çin fəlsəfəsi.

7. Qərb və Avropa orta əsrlərdən buyanakı fəlsəfi külliyyatları.  

8. Migel de Servantesin Don Kixot romanı: dünyanı dəyişmək istəyən hər kəsin ədəbi-fəlsəfi manifesti olaraq bu kitab mütləq oxunmalıdır.  

9. F.Dostoyevski: “Karamazov qardaşları romanı - psixoanalitik təfəkkürün çeşməsi olduğundan bu roman hər kəsin stolüstü kitabı olmalıdır.  

10. X.L.Borxesin şeirlərindən başqa bütün ədəbi-fəlsəfi əsərləri.  

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub