Modern.az

Beynəlxalq agentlik 2016-cı il üçün neftin qiymətini AÇIQLADI

Beynəlxalq agentlik 2016-cı il üçün neftin qiymətini AÇIQLADI

18 Avqust 2015, 11:44


Beynəlxalq kredit agentliyi olan “Moody`s” növbəti rüblük hesabatını açıqlayıb.

Modern.az agentliyə istinadən xəbər verir ki, “Brent” markalı neftin 2016-cı il üçün orta qiymətinin 57 dollar olacağını proqnozlaşdırır. Bundan başqa, agentlik G20 ölkələrinin iqtisadi artımının 2015-ci ildə 2,7%, 2016-cı ildə isə 3% artacağını ehtimal edir.

“ABŞ, Avrozona və Yaponiya iqtisadiyyatlarının dirşəlişi Çindəki iqtisadi artımın zəifləməsi, Latın Amerikasındakı mənfi göstəricilər və Rusiya iqtisadiyyatının 2015-ci il böhranından sonra stabilləşməsi ilə bağlı olacaq”.

“Moody`s” 2015-ci ildə Çinin iqtisadi artımının 6,8%, 2016-cı ildə 6,5% olacağını, ABŞ-da isə analoji göstəricilərin 2,4% və 2,3% olacağını təxmin edir.

Eyni zamanda Rusiyanın 2015-ci ildə ÜDM istehsalı 3% azalacaq və 2016-cı ildə isə 0,1% artım göstərəcək.   

Vüqar İsmayılov     

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir