Modern.az

Putinin iti xüsusi təyyarədə uçub - İDDİA

Putinin iti xüsusi təyyarədə uçub - İDDİA

18 Avqust 2015, 14:16


Rusiyanın “Vedomosti” qəzeti Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı detal tapıb.

Modern.az adıçəkilən qəzetə istinadən xəbər verir ki, prezidentin Koni ləqəbli labrador cinsli iti “Airfix” aviaşirkətinə məxsus təyyarələrin biznes reysləri ilə səfərlər edib:

“Ayrı-ayrı hallarda, uzaq səfərlərdə olan Putin öz iti üçün darıxanda onu “Airfix” təyyarələri ilə onun yanına çatdırırdılar. Bundan başqa, Vladimir Putinin qızları Mariya və Katerina, Katerianın dostu Yoritta Faassen də bu aviaşirkətlərlə daşınıb. Bu aviaşirkətin təyyarələrində 1 saatlıq uçuş bir neçə min dollardan başlayaraq hesablanır”.

“Airfix Aviation” Finlandiyada fəaliyyət göstərən aviaşirkətdir və bir vaxtlar Putinin dostu Qennadi Timçenkoya məxsus olub.  

Vüqar İsmayılov 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?