Modern.az

“Tesla” “TANAP” hesabına doldurulacaq: Azərbaycan qazı üçün yeni BAZAR

“Tesla” “TANAP” hesabına doldurulacaq: Azərbaycan qazı üçün yeni BAZAR

İqtisadiyyat

19 Avqust 2015, 11:46

Balkan dövlətləri Macarıstan, Serbiya, Makedoniya və Yunanıstanın xarici işlər nazirləri payıza qədər Türkiyədən Avstriyaya uzanacaq “Tesla” qaz xəttinin çəkiliş barədə razılıq imzalayacaq.

Modern.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, “Tesla” qaz boru xəttinin 2019-cu ildə işə salınması planlaşdırılır. Onun uzunluğu 1300-1400 kilometr olacaq. Nəzərdə tutulur ki, bu xətt ildə 27 milyard kub metr qazı Avstriyaya daşıyacaq.

Macarıstan Xarici İşlər Nazirliyi borunun “Türk axını” və “TANAP” (Transanadolu qaz xətti) hesabına doldurulacacağını bəyan edib. Bunun sayəsində Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qaz Avstriyaya qədər ixrac olunacaq.

Digər tərəfdən, “Tesla”nın Yunanıstanda keçən hissəsində İtaliyaya uzanacaq ikinci bir boru xətinin də çəkilişi planlarda var. “Tesla” qaz xətinin çəkilişi üçün ekspertlər təxminən 4-5 milyard avro vəsaitin tələb olunduğunu düşünür.     

Vüqar İsmayılov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə