Modern.az

Məşhur yazıçı “Quran”a qarşı çıxana belə cavab verdi

Məşhur yazıçı “Quran”a qarşı çıxana belə cavab verdi

Ədəbi̇yyat

19 Avqust 2015, 16:37


Dünyaca məşhur yazar Paulo Koelho Faceook səhifəsində “Quran”ın şəklini paylaşaraq altına “Dünyanı dəyişdirən kitab” yazıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hiba B.Dakkak adlı bir ərəb qızı, şəklin altına “Quran” haqqında birmənalı qarşılanmayan şərh yazıb. “Doğrudur, şiddət və qətliamın qaynağı” deyə bildirib.  

Yazıçı öz etirazını isə bu cür bildirib: “Bu doğru deyil. Mən xristianam və biz xristianlar əsrlər boyu inancımızı qılınc ilə yaymağa çalışıblar. Xaçlılar ifadəsinə lüğətdə baxın. Qadınları öldürdük.  

Onlara ifritə dedik və elmi inkişaf etməyə mane olduq. Qalileoya elədiyimiz kimi. Ancaq bütün bunlar inanclarımızın deyil, onları istismar edənlərin problemidir” deyə məşhur yazar vurğulayıb.   P.Koelhonun bu cür cavabı sosial şəbəkədə müzakirələrə səbəb olub.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir