Modern.az

Türkiyədə siyasətində hökumətlə bağlı ilk yaşana bilər

Türkiyədə siyasətində hökumətlə bağlı ilk yaşana bilər

19 Avqust 2015, 17:51


Türkiyə ilk dəfə seçki hökumətinə gedir.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, qurulacaq hökumətdə Ədalət və İnkişaf Partiyasına (AKP) 12, Cümhuriyyət Xalq Partiyasına (CHP) 7, Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Xalqların Demokratik Partiyasının hər birinə 3 nazirlik düşür. Ancaq MHP-nin namizəd verməyəcəyi təqdirdə bu nazirliklər digər partiyalar arasında bölüşdürüləcək.

Məlumatda qeyd edilir ki, prezident Rəcən Tayyib Ərdoğanın CHP lideri Kamal Kılıçdaroğluna səlahiyyət verməsi və bu vəziyyətdə də hökumətin qurulmaması halında, seçkilərin keçirilməsi üçün “Keçici Nazirlər Kabineti” qurulması ehtimalları güclənir.  

Türkiyə ilk dəfə seçki hökumətinə doğru gedərkən, qurulacaq hökumətin quruluşu maraq mövzusu olub. Konstitusiyanın 116-cı maddəsinə görə, avqustun 23-ü günü sonuna qədər bir hökumət qurulmadığı təqdirdə prezident Ərdoğanın Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmət Yılmazla məsləhətləşərək seçkilərin yenidən keçirilməsi haqda qərar vermə səlahiyyəti var. Bu qərarın rəsmi qəzetdə çap olunması ilə birlikdə yeni seçki kampaniyası dövrü başlayacaq.  

Bu zaman prezident keçici Nazirlər Kabinetini qurmaq üzrə bir baş nazir təyin edəcək. Keçici Nazirlər Kabinetinə, Konstitusiyanın 114-cü maddəsinə görə ədliyyə, daxili işlər və nəqliyyat nazirləri, TBMM və ya məclis üzvü olmayan müstəqillərdən təyin ediləcək. Digər nazirliklər isə siyasi partiya qruplarından, nisbətlərinə görə alınacaq. Siyasi partiya qruplarından alınacaq nazir sayı parlamentin sədri İsmət Yılmaz tərəfindən təsbit edilərək, Ərdoğanın vəzifəyə təyin edəcəyi baş nazirə bildiriləcək.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı