Modern.az

“Sazı ayağın arasında, başın üzərində çalmaq, saza təhqirdir"

 “Sazı ayağın arasında, başın üzərində  çalmaq, saza təhqirdir"

Ədəbi̇yyat

20 Avqust 2015, 09:17

 

“Onlar nə bilirlər ki, saz fəlsəfəsi nədir? Əslində bu heç onların da günahı deyil. Onları şou xatirinə dəvət edən səviyyəsiz telekanalların günahıdır. Əslinə baxsan, onlar heç aşıq da deyillər. Aşıq olan kəs sazı o cürə hörmətdən salmaz. Aşıq sənətinin öz ənənələri var, ustad-şəyird ənənəsi var. Aşıq sazın mahiyyətini, məzmununu dərk etməlidir. Bunlarla danışmaq da havayı söhbətdir”.

Bunu Modern.az saytına açıqlamasında Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli “ aşıqlar saz sənətinə nə dərəcədə mənfi zərbə vururlar” mövzusu ətrafında danışarkən açıqlama verib. Toylarda, telekanallarda sazla yüngül desək çox kobud rəftar edən, onu milli-mənəvi aspektdən çıxararaq sırf şou formatında təqdim edən aşıqlara tez-tez rast gəlinir.

Onlaırn da bəziləri sazı sinədə yox, başının üzərində, ayaqlarının arasında, çiyinlərinin üstündə ifa edirlər ki, bu da saz anlamına zərbədən başqa bir şey deyil.  əsrlər boyu formalaşan milli-mənəvi və müdriklik fəlsəfəsinə zərbə vuran bu kimi hallardan danışarkən aşıq yaradıcılığı şöbəsinin müdiri öz aqressiyasını gizlədə bilməyib:    

Bunlarla bir balaca məsləhət verən kimi, bir az tənqid edən kimi  inciyirlər. Barəndə lazımsız sözlər danışırlar. Mən özüm televiziya kanallarının birində Aşıq Mübarizə dedim ki, mənim yanımda da sazı başqa kanallarda çaldığın kimi çalsan səni biabır edəcəyəm.

Dedi ki, yox, Elxan müəllim, elə ifa etmərəm. Siz deyən aşıqları axı televiziya kanalları niyə çağırmalıdır?! Ona görə ki, özünün səviyyəsi odur. O ancaq şou istəyir. Zay malı zay müştəri alar. Saz sinədə yüksək bir yerdə olmalıdır. Aşıq durub onun ayaqlarının arasında nəyə görə çalmalıdır?!

Sazı ancaq milli adamlar sevə bilər. Sazın mahiyyətini dərk edən adamlar ona qiymət verə bilər. Mənim rəhmətlik babamın, eləcə də kəndimizdəki başqa ağsaqqal kişilərin yanında bir aşıq kiçik bir səhv buraxa bilməzdi.  

Onlar dərhal həmin  aşığın səhvlərini üzünə vurardılar”. Aşıq yaradıcılığı şöbəsinin müdiri sonda indiki aşıqlarla bağlı başqa ciddi problemi də vurğulayıb:   “İndiki aşıqlar elə beş-altı məşhur hava var ki, ancaq onları ifa edirlər. Məni dəvət etsinlər efirə, mən onlara deyim ki, 20 havanı düzgün ifa et. Artıq saz havalarının çoxu itib-batır".

Elmin Nuri 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir