Modern.az

İŞİD-çilər arasında cinsi xəstəlik yayıldı

 İŞİD-çilər arasında cinsi xəstəlik yayıldı

Dünya

21 Avqust 2015, 10:20


İraq və Suriyada şəriət dövləti quran “İslam dövləti” (İŞİD)  terror qruplaşmasının sıralarına “QİÇS” virusu sirayət edib.

Modern.az Böyük Britaniya mətbuatına istinadla xəbər verir ki, qruplaşma döyüşçüləri arasında azı 16 belə yoluxma faktı qeydə alınıb.

“QİÇS”ə yoluxan döyüşçülərin bir hissəsi karantinə götürülüb, əsasən xarici döyüşçülərdən ibarət bir qrup İŞİD-çilər isə səhra komandirlərinin təzyiqi altında kamikadze hücumlarını gerçəkləşdirməyə hazırlaşır.

Ekspertlər İŞİD-in “QİÇS” virusu ilə üzləşməsini onun döyüçşüçlərinin əksəriyyətinin narkotik asılılığından əziyyət çəkməsi və nəzarətdə saxladığı ərazilərdə qadınları cinsi zorakılığa məcbur etməsi ilə əlaqələndirir.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!