Modern.az

Mafiya liderinin möhtəşəm dəfni – FOTOLAR

Mafiya liderinin möhtəşəm dəfni – FOTOLAR

21 Avqust 2015, 13:17


İtaliyanın paytaxtı Romada mafiya atası Vittorio Casamonica üçün təşkil edilən ehtişamlı cənazə mərasimi böhrana gətirib çıxarıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bir çox məşhur filmə səhnə olmuş Cinecitta studiyaları yaxınlığında filmlərdən geri qalmayan bir cənazə mərasimi keçirilib.

Romada fəaliyyət göstərən mafiya təşkilatlanın Casamonica klanının liderlərindən biri olan Vittorio Casamonica kilsənin qapısına asılan “Romanı fəth etdin, cənnəti də fəth et” və “Romanın kralı” yazılan lövhələr və göz yaşları ilə yola salınıb. Mərasim keçirilən ərazidə üzərində Casamonicanın ağ köynəkli və boyundan xaç asılan bir fotoşəkili də asılıb.  

Cənazənin daşınması üçün qara bir at arabasından istifadə edilərkən avtomobil xalqın arasında irəlilədiyi zaman helikopterdən gül yarpaqları tökülüb. Cənazə kortejində isə çox sayda lüks avtomobillər olub. Orkestr mərasimdə Nino Rotanın bəstələdiyi, Francis Ford Coppolanın çəkdiyi “Ata” filmindəki musiqini ifa edib.

Mərasimdə iştirak edənlər jurnalistlərə verdikləri açıqlamalarında şantaj, sələmçilik və narkotik qaçaqçılığı ilə ittiham edilən 65 yaşındakı mafiya babasını çox yaxşı və düzgün bir insan kimi dəyərləndiriblər.  

Kilsədəki mərasimin ardından tabut bir “Rolls-Royc”eyə qoyularaq qəbiristanlığa aparılıb.

İtalya mediası bu mərasimi “mafiya şousu” kimi xarakterizə edərkən, siyasi səhnədə isə böyük mübahisələr yaşanıb.

  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı