Modern.az

Ermənistanın gələcək prezidenti bu olacaq – İDDİA

Ermənistanın gələcək prezidenti bu olacaq – İDDİA

22 Avqust 2015, 12:00


Ermənistanda səlahiyyətləri bir neçə ilə prezident Serj Sərkisyanın səlahiyyət müddəti başa çatır. Ölkədə 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək.  Prezidentlik kürsüsü uğrunda isə mübarizə şiddətlənir.

Modern.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, yeni konstusion dəyişikliklərdən sonra prezidentin səlahiyyətlərinin parlament xeyrinə məhdudlaşdırılacağı ölkədə bir neçə qrup dövlət başçısı postuna öz namizədini irəli sürüb.

“Bizim mənbənin məlumatına görə Ruben Vardanyan və Ara Abramyanın namizədlikləri irəli sürülüb. Amma yeni konstitusiya layihəsində prezidentin ən azı 7 il ölkədə yaşayan ölkə vətəndaşlarının da seçilməsi şərti var. Bu isə o deməkdir ki, Serj Sərksiyan Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan Ruben Vardanyan və Ara Abramyanın namizədliyini rədd edib”.

Qəzet prezident olacaq şəxsin adını da çəkir. “Bizim məlumatımıza görə Ermənistanın gələcək prezidenti Konstitusiya məhkəməsinin hakimi Qaqik Arutunyan olacaq”.  

Modem.az     

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir