Modern.az

Marqaret Tetçer xəstəxanaya yerləşdirilib

Marqaret Tetçer xəstəxanaya yerləşdirilib

20 Oktyabr 2010, 12:11

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Londonda xəstəxanaya yerləşdirilib.
Azadlıq radiosu xəbər verir ki, Britaniya hökumətinin bəyanatına görə,  Tetçer «profilaktik analiz» məqsədi ilə xəstəxanaya yerləşdirilib.

BBC xəbər verib ki, 85 yaşlı Marqaret Tetçer qripə tutulub, vəziyyəti ağır deyil. Bir neçə günə xəstəxananı tərk edəcəyi gözlənilir.

M.Tetçer 1979-cu ildən 1990-cı ilə kimi Britaniya hökumətinə rəhbərlik edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub