Modern.az

Ermənistan iqtisadiyyatı üçün xarici investor PROBLEMİ

Ermənistan iqtisadiyyatı üçün xarici investor PROBLEMİ

İqtisadiyyat

1 Sentyabr 2015, 11:46


Ermənistan iqtisadiyyatına bu ilin ilk 6 ayında yatırılan xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalıb.

Modern.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, bu il ölkəyə 65 milyon dollar xarici investisiya yatırılıb. Halbuki ötən il bu rəqəm 180 milyon dollar təşkil edib.  

“Bütün ölkələrdən, iqtisadiyyatın bütün sferaları üzrə investisiyalar azalıb. Yalnız dağ-mədən sənayesi istisna təşkil edir.  

Maraqlıdır ki, bu Ermənistanın Avrasiya Birliyinə qoşulduğu ilk 6 ay ərzində baş verir.

Birliyə qoşulduqdan sonra ölkənin xarici investisiyaların artacağı bildirilsə də biz bunun əksini müşahidə edirik”- deyə “Aykakan Jamank” qəzeti yazır.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə